Azərbaycan Dövlət İnformasiya Agentliyi

Fransa Senatının riyakar addımına tutarlı cavab verildi

Fransa Senatının riyakar addımına tutarlı cavab verildi

Bakı, 17 noyabr, AZƏRTAC

Fransa Senatının noyabrın 15-də qəbul etdiyi həqiqətdən uzaq və ədalətdən məhrum qətnaməsi növbəti dəfə ermənilərə eyforiya yaşadır. Dəyərsiz bir kağız parçası ilə toy-bayram etməyə və ardınca labüd surətdə xəyal qırıqlığına uğrayıb dərin depressiyaya yüklənməyə adət etmiş erməni cəmiyyəti əsrlərlə davam edən bu təkrarçılığın ekstaz vəziyyətini yaşamaqdadır. Nensi Pelosinin Ermənistana səfəri zamanı qondarma soyqırımı abidəsi önündə axıtdığı timsah göz yaşlarından heyrətlənmiş və az sonra bütün bunların bir şou olduğunu anlayıb məyusluğa qərq olmuş ermənilər bu dəfə də Fransa senatının “möhtəşəmliyi”ndən, “cəsarəti”ndən və “sədaqəti”ndən heyranlıqla danışırlar. Dünən və bu gün Ermənistan mətbuatının rəngindən asılı olmayaraq bütün məhsulları fransız dəstəyinin doğurduğu erməni xoşbəxtliyindən bəhs edir. Beləliklə, adəti trayektoriya üzrə az sonra erməni xoşbəxtliyinin hansı mərhələyə qədəm qoyacağını ehtimal etmək o qədər də çətin deyil.

Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Cavanşir Feyziyev söyləyib.

O deyib: “Azərbaycanda isə Fransa Senatının qəbul etdiyi bədnam Qətnaməyə adekvat cavab özünü çox gözlətmədi. Elə ertəsi gün Milli Məclisin növbəti iclasında məsələni müzakirəyə təqdim edən parlamentin sədri Sahibə Qafarova Senatın qəbul etdiyi qətnaməni “... Azərbaycana qarşı bədxah və çirkli niyyətli siyasi aksiya” adlandırdı. Milli Məclisin sədri bildirdi ki, “...Hər sətrindən xalqımıza və dövlətimizə nifrət yağan bu qətnamə Ermənistan Respublikasının ölkəmizə qarşı ərazi iddialarına və qəsbkarlıq siyasətinə haqq qazandırmaq niyyəti güdən bir akt kimi qiymətləndirilməlidir. Heç bir hüquqi, siyasi və mənəvi haqqı olmadan Fransa Senatının qəbul etdiyi qətnamə bunu da göstərir ki, erməni şovinistlərinin qanunsuz maraqlarını təmin etmək üçün Fransa qanunvericiləri hətta öz dövlətlərinin milli maraqlarını qurban verməyə, Fransa ilə Azərbaycan arasında dövlətlərarası münasibətlərə xələl gətirməyə, habelə Avropa İttifaqı ilə Azərbaycan arasında əməkdaşlığa zərbə vurmağa da hazırdırlar...”.

Cavanşir Feyziyevin sözlərinə görə, çıxış edən deputatlar Fransanın müstəmləkəçilik tarixini, dünyanın müxtəlif bölgələrində törətdiyi çoxsaylı cinayətləri xatırladaraq Fransa senatorlarının heç bir dövləti, xüsusilə də öz haqlı mövqeyini dönmədən müdafiə edən Azərbaycanı mühakimə etməyə mənəvi haqqının olmadığını bildirdilər. Deputatlar öz çıxışlarında Yaxın Şərq bölgəsində və Afrika qitəsində siyasəti uğursuzluğa düçar olmuş Fransanın Cənubi Qafqaz siyasətinin də iflasa uğrayacağına əmin olduqlarını ifadə etdilər. Beynəlxalq hüququn normalarına məhəl qoymadan işğalçı Ermənistanın ölkəmizə qarşı haqsız mövqeyinin Fransa qanunvericiləri tərəfindən dəstəklənməsi Azərbaycan qanunvericiləri tərəfindən Fransa inqilabının “azadlıq, bərabərlik və qardaşlıq” prinsiplərinə xəyanət kimi dəyərləndirildi. Çıxış edənlərin təklifi ilə Fransa Senatının qətnaməsinə cavab olaraq Milli Məclisin Bəyanatının qəbul olunması qərara alındı.

“Elə həmin gün səsverməyə çıxarılaraq qəbul olunmuş Bəyanatda işğal, müstəmləkəçilik, irqçilik, ksenofobiya, millətçi şovinizm, soyqırımı və insanlığa qarşı cinayətlərlə dolu olan Fransa tarixinin ayrı-ayrı epizodları senatorların diqqətinə çatdırıldı. Bəyanatda qeyd edildi ki, 2020-ci ildə və bu günlərdə Fransa parlamentində Azərbaycan əleyhinə ədalətsiz və qərəzli qətnamələrin qəbul olunması ilə Fransa son 30 il ərzində iki ölkə arasında bağlanmış və ölkələrimiz arasında dostluğu və əməkdaşlığı təşviq edən çoxsaylı müqavilələrin müvafiq bəndlərini pozub və bu sənədlərdən irəli gələn öhdəlikləri yerinə yetirmir. Deputatlar yekdilliklə qəbul etdikləri Bəyanatda Azərbaycan Respublikası ilə Fransa arasında siyasi-iqtisadi münasibətlərin milli maraqlarımıza uyğun şəkildə tənzimlənməsi üçün bir sıra qabaqlayıcı addımların atılması barəsində hökumətə çağırış etdilər. Milli Məclis tərəfindən Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması ilə bağlı təşəbbüs və fəaliyyətlərdə Fransanın iştirakına imkan verilməməsi və bu məsələlər barəsində Fransa rəsmiləri ilə heç bir müzakirənin aparılmaması tövsiyə edildi. Hazırda ölkəmizdə 300-dən çox fransız şirkətinin fəaliyyət göstərdiyini nəzərə alaraq onların dövlət layihələrində iştirakının bloklanması və eləcə də enerji sektorunda əməkdaşlığa yenidən baxılması təkliflərdə hökumətə edilən çağırışlarda öz əksini tapdı.

Milli Məclis, həmçinin Fransanın müstəmləkəçilik siyasəti, insanlıq əleyhinə cinayətləri və hərbi cinayətləri ilə bağlı məsələlərin Qoşulmama Hərəkatı çərçivəsində qaldırılmasını, Fransa tərəfindən aparılan islamofobiya və türkofobiya siyasəti ilə bağlı məsələlərin isə müvafiq olaraq İslam Əməkdaşlıq Təşkilatı və Türk Dövlətləri Təşkilatı çərçivəsində gündəliyə çıxarılmasını məqsədəuyğun hesab etdi”, - deyə deputat vurğulayıb.

Onun sözlərinə görə, Milli Məclisin Fransa Senatına cavabı onun qəbul etdiyi qətnamədən daha sərt oldu.

Fransızların itaət etdiyi Xristianlığın vacib kanonlarından birində deyilir. “Mühakimə etmə(sən) - mühakimə olunma(zsan), zira necə mühakimə edirsənsə, elə də mühakimə olunacaqsan və ya hansı meyarlarla mühakimə edirsənsə, onlarla da mühakimə olunacaqsan (yəni, hansı arşınla ölçərsən, o arşınla da ölçüləcəksən)”.

Azərbaycanı saxta iddialar əsasında riyakarcasına mühakimə etməklə Fransa senatorları müqəddəs hesab etdikləri inancın əsas kanonlarından birini pozdular. Azərbaycan deputatları isə onlara müsəlmanların yaşam tərzində meyar olaraq əsaslandığı atalar sözünün hikməti ilə tutarlı cavab verdilər: “Nə tökərsən aşına, o da çıxar qaşığına”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Milli Məclisin sədri Qırğız Respublikasına səfər edib

Kamandan oxatma üzrə Superkubok yarışı başa çatıb

Türkiyə partiyasının lideri: Azərbaycanin müstəqilliyi bütün Türk dünyasının qürur mənbəyidir

Azərbaycan karateçiləri dünya çempionatında 5 medal qazanıblar

Türkiyəli rəsmilər Azərbaycanın Müstəqilliyinin Bərpası Günü münasibətilə təbriklərini çatdırıblar

Almaniyada fəaliyyət göstərən “Odlar Yurdu” boks klubunun üzvləri yerli turnirdə uğurla çıxış ediblər

Azərbaycan sumoçusu Bakıda keçirilən dünya çempionatında qızıl medal qazanıb

Türkiyə Prezidenti Azərbaycanı Müstəqilliyin Bərpası Günü ilə əlaqədar təbrik edib

“Şahinlərin Görüşü - 2026” təliminin iştirakçıları Hərbi Qənimətlər Parkında olublar

Bakıda sumo üzrə dünya çempionatının açılışı olub

Dolu düşəcək, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ

Mehmet Emir Aksoy: Azərbaycan Qafqazın parlayan ulduzu və milli iradənin rəmzidir

Gürcüstan DİN külli miqdarda narkotik və psixotrop maddələrin ölkəyə qanunsuz idxalının qarşısını alıb

Qobustanda Vətən müharibəsi şəhidinin xatirəsi yad edilib

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

Şahin Bayramov: Dövlət müstəqilliyi xalqımızın ən böyük tarixi nailiyyəti, milli birliyimizin və gələcəyimizin başlıca təminatıdır

“Əl-Ərəbiyə”: Misir Milli Müdafiə Şurası Səudiyyə Ərəbistanına hərbi yardım göstərilməsi barədə qərar qəbul edib

Türkiyə Müdafiə Nazirliyi Azərbaycanı Dövlət Müstəqilliyinin Bərpası Günü münasibətilə təbrik edib

Ukrayna Silahlı Qüvvələri Rusiyanın hərbi məqsədli obyektlərinə hava zərbələri endirib

Zelenski: Rusiya atəşkəsdən sonra Ukraynanın enerji sektoruna 76 dəfə hücum edib

İranda müdafiə naziri vəzifəsinə yeni təyinat təsdiqlənib

Çempionlar Liqası: “Sabah” – “Borussiya Dortmund” matçının hakimləri bəlli olub

Sabahın hava proqnozu açıqlanıb

Vətən müharibəsinin xronikası: 18 oktyabr

Türkiyədə Azərbaycanın ünvanına təbriklər göndərilir

FHN: Lökbatanda anbarda baş vermiş yanğın söndürülüb

Azərbaycan və Özbəkistan həmkarlar ittifaqları arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb

Bu saata olan əsas xəbərlər

Vahid geyim forması təlim-tərbiyə mühitində sosial bərabərliyi və nizam-intizamı gücləndirir

Fransada iğtişaşlar zamanı 855 nəfər saxlanılıb

Sankt-Peterburqa dron hücumu nəticəsində bir nəfər ölüb, xəsarət alanlar var YENİLƏNİB

Müstəqilliyin bərpasından 35 il ötür VİDEO

Müstəqilliyin bərpasından 35 il ötür VİDEO

Bakıda aktiv həyat tərzinin təbliğinə həsr olunan kütləvi yürüş keçirilib

Ülviyyə Zülfiqar: Azərbaycanın 35 illik müstəqillik tarixi güclü dövlətçilik ənənələrinin təntənəsidir

Azərbaycan Premyer Liqasında VIII tura 2 oyunla yekun vurulur

Hüquqşünas: Müstəqil və suveren Azərbaycanın qarşısında daha böyük hədəflər var

Azərbaycan güləş üzrə U-23 dünya çempionatında növbəti medallarını qazanıb

Azərbaycan xalqı öz dövlət müstəqilliyini əsrlər boyu apardığı mübarizənin nəticəsi olaraq bərpa edib - ŞƏRH

FHN: Xırdalanda baş verən yanğın tam söndürülüb, xəsarət alan olmayıb – YENİLƏNİB 2

Azərbaycan dövlət müstəqilliyinin bərpasının 35-ci ildönümünü qeyd edir

Birinci vitse-prezident Mehriban Əliyeva Müstəqilliyin Bərpası Günü ilə bağlı paylaşım edib

Polşada 1500 NATO hərbçisinin iştirakı ilə təlimlər keçiriləcək

Tramp Rusiya əleyhinə sanksiyalarla bağlı qərarının dünyaya fayda verəcəyini bildirib

Rubio: Tramp İordan çayının qərb sahilində yeni gərginliyin yaranmasını istəmir

Fransada keçirilən aksiya zamanı 150 təhlükəsizlik əməkdaşı xəsarət alıb

Mixaylo Fedorov: Ukrayna Almaniyanın vəd etdiyi HHM raketlərini yalnız 2027-ci ildə almağa başlayacaq

Fransada iğtişaşçılar tarixi bələdiyyə binasını yandırıblar

Hindistanda kollecdə işıq dirəyi aşıb, ölənlər və yaralananlar var

CENTCOM: ABŞ Hərbi Dəniz Qüvvələri İranla əlaqəli 138 ticarət gəmisini ələ keçirib

Fransada iğtişaşların vurduğu ziyan qiymətləndirilir

Nyu-York metrosunda atışma: 1 nəfər öldürülüb

Pentaqon rəhbəri: İran Nüvə ambisiyalarından əl çəkməsə, məhv olacaq

Tramp İrana hücumları müdafiə etdi: "Orada bir az daha qala bilərik"

Moskva meri daha 25 dronun məhv edildiyini bildirib

DİN: “Qarabağ” – “Neftçi” matçında insidentə cəhd göstərən 19 nəfər saxlanılıb

Professor İradə Bağırovanın yubileyində Azərbaycan tarixinin aktual problemlərinə nəzər salınıb

İtaliyada Azərbaycanın Müstəqilliyinin Bərpasının 35-ci ildönümü qeyd olunub

İran Hörmüz boğazının açılması üçün ABŞ-yə 7 günlük plan təqdim edib: "Seçim Vaşinqtonundur"

Sözün tövbə qapısı və mənəvi ucalığın poeziya təntənəsi

Şahruddin Məhəmmədəliyev: 3:1-dən sonra da nəticəni dəyişəcəyimizə inanırdıq

Bundesliqa: “Bavariya” öz meydanında “Leypsiq”i darmadağın edib

Türkiyəli siyasətçi: Azərbaycan və Türkiyə bir-birindən ayrılmazdır

Fransada keçirilən aksiyalarda yüz minlərlə insan iştirak edib, nümayişlərdə zorakılıq halları qeydə alınıb YENİLƏNİB

Azərbaycan FIFA U-15 Dünya Çempionatı və Festivalına hazırlaşır VİDEO

Azərbaycan FIFA U-15 Dünya Çempionatı və Festivalına hazırlaşır VİDEO

Şahin İsmayılov: Bakı Zirvə Görüşü Azərbaycanın Avrasiya məkanında birləşdirici rolunu bir daha nümayiş etdirdi

Nika Çitadze: Azərbaycan ilə Gürcüstan arasında əlaqələr təhsil sahəsində də uğurla inkişaf edir

Fransada dəmir yolu işçilərinə də tətil çağırışı edilib

Qurban Qurbanov: “Neftçi” və “Sabah” fərqli səviyyəyə yüksəlib

“Neftçi”nin baş məşqçisi: Artıq “Qarabağ” və “Sabah”dan çəkinmirik

İKTA internet operator və provayderləri üzrə şikayət hesabatını açıqlayıb

Ukrayna Silahlı Qüvvələrinin rəsmisi cəbhədəki son vəziyyət barədə məlumat açıqlayıb

Premyer Liqa: 6 qolun vurulduğu “Qarabağ" - "Neftçi" oyunu heç-heçə ilə bitib

Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar

PFL "Qarabağ”ı və “Neftçi”ni 1000-ci oyunlarına görə mükafatlandırıb

Azərbaycanın və Özbəkistanın ali təhsil müəssisələri arasında əməkdaşlıq genişlənir, 60-a yaxın sənəd imzalanıb

Media: İranın cənubunda partlayış səsləri eşidilib

Cüdo üzrə Naxçıvan birinciliyinin qalibləri bəlli olub

Bu saata olan əsas xəbərlər

QMİ-nin sədri G20 Dinlərarası Forum Assosiasiyasının İşçi qrupunun iclasında iştirak edib

"Borussiya Dortmund" "Sabah"la oyundan öncə Bundesliqada xal itirib

Gürcüstanda yaşayan azərbaycanlı müəllim: Azərbaycan dövləti bizə daim diqqət və qayğı göstərir

Hörmüz boğazında daha bir tanker minaya düşüb

Qazaxda 12 yaşlı qızı avtomobil vurub

Lənkəranda “Vətənə fəda olmuş sevgilər” adlı bədii kompozisiya təqdim edilib

“Gürcüstanda azərbaycandilli məktəblərdə təhsil alan şagirdlərin ana dilini mənimsəməsinə təsir edən amillər” adlı kitabın təqdimatı olub

Sabah bəzi magistral avtomobil yollarında görünüş məsafəsi 500-1000 metrədək məhdudlaşacaq

Füzuli Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Füzuli Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Zelenski: Rusiya Ukraynanın enerji infrastrukturuna ən irimiqyaslı hücumlardan birini həyata keçirib

Uğursuz nəticədən sonra "Gəncə" baş məşqçi ilə müqaviləyə xitam verib

“Öz yazarını seç” – onlayn səsverməyə start verilir

Günel Bədəlova Beynəlxalq Xizək Alpinizmi Federasiyasının vitse-prezidenti seçilib

G20 Dinlərarası Forumu çərçivəsində mühüm görüşlər baş tutub

V.F.Ələsgərovun “Şərəf” ordeni ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

İsveçdə uşaqlarına elektrik skuteri alan 30-dan çox valideyn məhkəmə qarşısına çıxarılıb

AzTU Özbəkistanın yeddi ali təhsil müəssisəsi ilə əməkdaşlıq sənədləri imzalayıb

Füzuli Dövlət Dram Teatrının təqdimatında “Tıq-tıq xanım” tamaşası nümayiş olunub

“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olunub VİDEO

“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olunub VİDEO

Biləsuvarda ağır yol qəzası: iki nəfər ölüb, üç nəfər xəsarət alıb YENİLƏNİB

Etimadın möhkəmləndirilməsi və öhdəliklərə əməl olunması sülhün qorunması üçün əsas tələbdir - ŞƏRH

Azərbaycan beynəlxalq təhsil sərgisində VİDEO

Azərbaycan beynəlxalq təhsil sərgisində VİDEO