Fransa Ukrayna müharibəsinin yeni mərhələyə keçməsinə rəvac verir
Bakı, 29 may, AZƏRTAC
Fransalı hərbi təlimatçılarının Ukraynaya göndərilməsinin müzakirəsi total münaqişənin yeni mərhələyə keçməsindən xəbər verir.
AZƏRTAC xəbər verir ki, Fransanın “Vətənpərvərlər” partiyasının lideri Florian Filippo bu barədə X sosial şəbəkəsində yazıb.
Siyasətçi fransalıların əksəriyyətinin bu yolla eskalasiyanın artmasının əleyhinə olduğunu vurğulayıb. O, həmçinin Ukraynada müharibəni dayandırmağa və sülh əldə edilməsi yollarını axtarmağa çağırıb.
Qeyd edək ki, mayın 27-də Ukrayna ordusunun baş komandanı Oleksandr Sırski fransalı təlimatçıların ölkədəki təlim mərkəzlərinə səfərlərinə icazə verdiyini deyib və Parisin təlim keçmək üçün Ukraynaya təlimatçılar göndərmək təşəbbüsünü alqışlayıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [13:55]
Çində 6,4 bal gücündə zəlzələ olub
- 16.06.2026 [13:47]
Serbiya Gürcüstanda səfirlik açacaq
- 16.06.2026 [12:57]
Qazaxıstan-Rusiya sərhədində 600-dən çox yük maşını tıxacda qalıb
- 16.06.2026 [12:24]
Yaponiya Bankı faiz dərəcələrini 31 ilin ən yüksək səviyyəsinə qaldırıb
- 16.06.2026 [12:16]