FRANSADA ATA İKİ QIZINI ASMIŞ, ÖZÜ İSƏ İNTİHAR ETMİŞDİR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Fransanın Uaz departamentindəki Lakrua-Yan yaşayış qəsəbəsində ata iki qızını asmış, sonra da özünə sui-qəsd etmişdir.
Yerli polis hadisənin ailə münaqişəsi zəminində baş verdiyini bildirmişdir. İki il əvvəl həyat yoldaşından ayrılmış 40 yaşlı ata qızlarının anaları ilə yaşadıqları evə gəlmiş, 2 və 7 yaşlı uşaqlarını qətlə yetirmiş və sonra isə özünü öldürmüşdür.
İşdən qayıdan ana qızlarını ikinci mərtəbədəki otaqların birində tavandan asıldığını görmüş və dərhal polisə müraciət etmişdir. Hadisə yerinə gəlmiş polis başqa bir otaqda atanı tavandan asılı vəziyyətdə tapmışdır. Hadisə ilə bağlı hər hansı məktub tapılmamışdır.
Qızların anası baş vermiş faciə ilə əlaqədar məlumatı olmadığını bildirmişdir.
Polis cinayət işi açmışdır, təhqiqat aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [21:11]
ABŞ Prezidenti: İranla müqavilənin sabah imzalanması planlaşdırılır
- 13.06.2026 [20:21]
On il sonra Almaniyada 4,3 milyon işçiyə ehtiyac yarana bilər
- 13.06.2026 [19:59]
Rəsmi Kiyev: Ukrayna heç vaxt bioloji silah hazırlamayıb
- 13.06.2026 [17:01]
Ukrayna Müdafiə Qüvvələri Rusiyanın bir sıra obyektlərinə zərbələr endirib
- 13.06.2026 [16:40]
Kipr Türk Tarix Cəmiyyəti 63 ildən sonra yenidən qurulub
- 13.06.2026 [16:37]
Oman sahilləri yaxınlığında tanker gəmisinə mərmi dəyib
- 13.06.2026 [16:29]
Media: İlon Maskın pullarını saymaq üçün 31 min 700 il lazımdır
- 13.06.2026 [15:17]