FRANSADA AVTOBUSUN QƏZAYA UĞRAMASI 7 ŞAGİRDİN ÖLÜMÜNƏ VƏ 25-NİN YARALANMASINA SƏBƏB OLMUŞDUR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Fransanın Ot-Savua departamentindəki Marjensel kollecinin şagirdlərini aparan avtobusun qatarla toqquşması 7 uşağın həyatına son qoymuş, 25-nin yaralanmasına səbəb olmuşdur.
Kollecin 11-13 yaşlı şagirdləri tarix fənni üzrə ekskursiyaya gedirmişlər. Onları aparan sürücü sürəti azalda bilmədiyindən avtobus qatarla toqquşmuşdur. Yaralı şagirdlərin arasında 3-nün vəziyyətinin daha ağır olduğu bildirilir.
Hadisə yerinə gəlmiş polislər təşkilatçı müəllimi tapa bilməmişlər. Uzun axtarışdan sonra intihar etmiş müəllimi yaxınlıqdakı meşədə ağacdan asılı vəziyyətdə tapmışlar.
Sürücü ilkin dindirilmə zamanı onun yolunun açıq olduğunu bildirən yaşıl işığın yandığını bəyan etmişdir. Hadisənin şahidləri onun dediklərini təsdiq etmişlər. Heç bir yana getməmək şərtilə sürücü müvəqqəti olaraq sərbəst buraxılmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [21:11]
ABŞ Prezidenti: İranla müqavilənin sabah imzalanması planlaşdırılır
- 13.06.2026 [20:21]
On il sonra Almaniyada 4,3 milyon işçiyə ehtiyac yarana bilər
- 13.06.2026 [19:59]
Rəsmi Kiyev: Ukrayna heç vaxt bioloji silah hazırlamayıb
- 13.06.2026 [17:01]
Ukrayna Müdafiə Qüvvələri Rusiyanın bir sıra obyektlərinə zərbələr endirib
- 13.06.2026 [16:40]
Kipr Türk Tarix Cəmiyyəti 63 ildən sonra yenidən qurulub
- 13.06.2026 [16:37]
Oman sahilləri yaxınlığında tanker gəmisinə mərmi dəyib
- 13.06.2026 [16:29]
Media: İlon Maskın pullarını saymaq üçün 31 min 700 il lazımdır
- 13.06.2026 [15:17]