Fransada əczaçılar tətil keçirəcəklər
Bakı, 29 may, AZƏRTAC
Fransa Əczaçıları Həmkarlar Təşkilatları Birliyi və Fransa Farmaseptlərinin Həmkarlar Təşkilatları Federasiyası mayın 30-da tətil keçirəcəkləri ilə bağlı bildiriş yayıb.
AZƏRTAC “Figaro”ya istinadla xəbər verir ki, həmin gün ölkədə apteklər işləməyəcək. Aksiyaya tibb bacıları da qoşulacaq.
Aksiyada məqsəd hökumətin diqqətini əczaçılıq sahəsindəki problemlərə, xüsusən də dərman çatışmazlığına yönəltməkdir. Təşkilatçılar bildirirlər ki, təkcə yanvar ayında maliyyə çətinliklərinə görə 36 aptek bağlanıb. Vəziyyət belə davam edərsə, 25 minədək əczaçı işini itirəcək. Farmakoloji sahədə təhsildə də islahatlar zəruridir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [14:51]
Vyetnam 2030-cu ilə qədər yeddi yeni hava limanı inşa edəcək
- 16.06.2026 [14:25]
Yaponiya ekstremal istilərə hazırlaşır
- 16.06.2026 [13:55]
Çində 6,4 bal gücündə zəlzələ olub
- 16.06.2026 [13:47]
Serbiya Gürcüstanda səfirlik açacaq
- 16.06.2026 [12:57]