Fransada məmurlara messencerlərdən istifadə qadağan edilib
Bakı, 1 dekabr, AZƏRTAC
Fransalı məmurlardan “Telegram”, “WhatsApp” və “Signal” messencerlərini telefonlarından silmək xahiş olunub.
AZƏRTAC “Le Figaro” qəzetinə istinadla xəbər verir ki, Fransanın hakimiyyət orqanları bunu məxfi məlumatları ehtiva edən görüşlərin təhlükəsizliyini gücləndirmək zərurəti ilə izah edib.
“Mesajlaşma servisləri gündəlik ünsiyyətimizdə getdikcə daha mühüm rol oynayır. Lakin bu rəqəmsal alətlərdə təhlükəsizlik problemləri mövcuddur”, - deyə sənəddə qeyd olunur.
Bununla yanaşı, Fransa hökumətinin üzvlərinə öz telefonlarına İnformasiya Sistemlərinin Təhlükəsizliyi üzrə Milli Agentlikdən (ANSSI) birinci dərəcəli təhlükəsizlik sertifikatı alan yeganə proqramı - “Olvid” tətbiqini yükləməyə icazə verilib.
Qeyd edək ki, bu ərəfədə İraqda “Telegram” messencerinin bloklandığı barədə məlumat yayılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [11:41]
BMT-nin Baş katibi Pakistanda səfərdədir
- 06.10.2026 [11:33]
Yəməndə döyüşlər 184 mindən çox insanı didərgin salıb
- 06.10.2026 [10:51]
Moskva vilayətinə dron hücumları nəticəsində ölən və yaralananlar var
- 06.10.2026 [10:25]
Pakistanda poliomielitə yoluxanların sayı artır
Dünya bazarında qızıl ucuzlaşıb
- [08:37]
Türkiyədə təyyarədə bomba olması barədə həyəcan siqnalı daxil olub
- 05.10.2026 [23:42]
Nərimanovda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib
- 05.10.2026 [23:25]
Lənkəranda idarəetmədən çıxan avtomobil kanala aşıb
- 05.10.2026 [23:06]
Şimal-qərb bölgəsinin bir qrup təhsil işçisi təltif olunub
- 05.10.2026 [22:54]
Ərdəbil Moqan Honar Teatrı V Şəki Beynəlxalq Teatr Festivalında çıxış edib
- 05.10.2026 [22:41]
Tovuzda ata oğlunu bıçaqlayıb
- 05.10.2026 [22:26]
Şəhid xanımlarının təhsilinə dəstək məqsədilə yeni imkanlar yaradılır
- 05.10.2026 [21:52]