Fransada “sarı jiletlər” aksiyasının 20-ci aktında 33 min 700 nümayişçi iştirak edib
Paris, 31 mart, AZƏRTAC
Fransa Daxili İşlər Nazirliyinin məlumatına görə, “sarı jiletlər” etiraz aksiyasının 20-ci aktında 33 min 700, “sarı jiletlər”in öz hesablamalarına görə isə 102 min 713 nümayişçi iştirak edib. Parisdə 4 min nümayişçinin olduğu bildirilib.
Parisdə nümayiş etmək qadağan olunan məkanlarda 21 nəfərə qarşı protokol imzalanıb, 32 nəfər dindirilib.
Avinyonda polis və nümayişçilər arasında qarşıdurma olub, iki nümayişçi yüngül yaralanıb. Monpelye şəhərində isə iki polis yüngül xəsarət alıb.
Bu gün Fransada minlərlə müəllim də “Blanke qanun”una etiraz edərək nümayiş keçirib. Bəzi şəhərlərdə valideynlər, lisey və kollec şagirdləri də etiraz edən müəllimlərə qoşulublar.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Paris
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [13:53]
Bolqarıstan Səhiyyə Nazirliyi: Ölkədə 300 uşaq qızılcaya yoluxub
- 11.06.2026 [13:36]
Böyük Britaniyada “Ryanair” aviaşirkəti ilə bağlı araşdırma başlanıb
- 11.06.2026 [13:35]
Ankara yunan Kipri ilə Fransa arasında hərbi sazişi pisləyib
- 11.06.2026 [13:25]
Şimali İrlandiyada iğtişaşlar zamanı 12 polis yaralanıb
- 11.06.2026 [13:13]
Birləşmiş Ştatların sutkalıq neft hasilatı artır
- 11.06.2026 [13:11]
Rusiya məhkəməsi Azərbaycanın beynəlxalq axtarışa verdiyi şəxsi həbs edib
- 11.06.2026 [12:29]
ABŞ-nin neft ehtiyatları azalıb
- 11.06.2026 [12:17]