DÜNYA
Fransalı rejissor Jerar Depardye Özbəkistanın mədəni irsi və tarixi haqqında film çəkir
![](/files/galleryphoto/2019/3/1200x630/15729889892014317375_1200x630.jpg)
![](/files/galleryphoto/2019/3/1200x630/15729889893690139762_1200x630.jpg)
Daşkənd, 6 noyabr, АZƏRTAC
Tanınmış fransız aktyoru və rejissoru Jerar Depardye Özbəkistanın mədəni irsi və tarixi haqqında film çəkir.
AZƏRTAC xəbər verir ki, “İpək Yolu” adlanan filmdə baş rolun ifaçısı da Jerar Depardyedir.
Çəkiliş qrupu artıq Səmərqənddəki tarixi abidələrdə çəkilişlər aparıb, film üçün zəngin material toplayıb. Fransa kinematoqrafçıları Buxara, Xivə və digər qədim şəhərlərdə də çəkilişlər aparacaqlar.
Filmin prodüseri Arno Frille jurnalistlərə deyib ki, Jerar Depardye 2009-cu ildə Özbəkistada olub və bu səfərdən sonra daim Özbəkistanla maraqlanıb. Onun marağı təkcə İpək yolu ilə məhdudlaşmır, həm də o, dinlərin tarixini öyrənir.
Prodüser bildirib ki, büdcəsi 300 min avro olan film turistlər üçün reklam rolunu oynayacaq və Özbəkistanın imicinə müsbət təsir göstərəcək.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.07.2024 [13:31]
Dnepr şəhərinə hava hücumu olub, ölənlər və xəsarət alanlar var
- 03.07.2024 [12:58]
Ukrayna BVF-dən 2,2 milyard dollarlıq növbəti tranş alıb
- 03.07.2024 [12:43]
Almaniya 40 minə yaxın polşalıya təzminat ödəyəcək
- 03.07.2024 [12:26]
İqlim dəyişikliyinin ölkələrin elektrik təchizatına mənfi təsiri artır
- 03.07.2024 [11:58]
Dünya Bankı Zambiyaya 207,6 milyon dollar qrant ayırıb
- 03.07.2024 [11:48]
BMT-nin Baş katibi: ŞƏT beynəlxalq arenada mühüm oyunçudur
- 03.07.2024 [11:46]