Azərbaycan Dövlət İnformasiya Agentliyi

Füzuli - Vətən müharibəsinin dönüş nöqtəsi və yenidənqurmanın mərkəzi – RƏY

Füzuli - Vətən müharibəsinin dönüş nöqtəsi və yenidənqurmanın mərkəzi – RƏY

Bakı, 17 oktyabr, AZƏRTAC

Oktyabrın 17-si tarixi ölkəmizin qəhrəmanlıq salnaməsinə qızıl hərflərlə yazılmış mühüm gündür. Prezident İlham Əliyevin 2023-cü il 31 iyul tarixli Sərəncamına əsasən, 17 oktyabr Füzuli şəhəri günü kimi qeyd olunur. Bu qərar yalnız bir tarixi hadisənin rəsmiləşdirilməsi deyil, həm də Azərbaycan xalqının Vətən müharibəsində göstərdiyi iradənin, Ordumuzun qəhrəmanlığının və dövlətimizin siyasi gücünün təntənəsidir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Fatma Yıldırım deyib.

O bildirib ki, Füzuli uğrunda aparılmış döyüşlər Vətən müharibəsinin ən ağır və eyni zamanda, ən şanlı səhifələrindən biridir. Otuz ilə yaxın müddətdə düşmən tərəfindən möhkəmləndirilmiş istehkamların yarılması, bir neçə müdafiə xəttinin aşılması Azərbaycan Ordusunun peşəkarlığının, döyüş qabiliyyətinin və ruh yüksəkliyinin bariz göstəricisidir. Dünya hərbi ekspertləri belə Füzuli əməliyyatlarının mürəkkəbliyini etiraf edərək, bu uğurun qısa zamanda qazanılmasını mümkün hesab etmirdilər. Lakin Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuz bu döyüşlərdə gücünü və iradəsini bir daha sübut etdi.

“Füzuli şəhərinin azad olunması təkcə hərbi baxımdan deyil, strateji əhəmiyyətinə görə də müharibənin gedişatında dönüş nöqtələrindən biri oldu. Ordumuzun gücü qarşısında düşmən müqavimətini itirdi, silahlarını ataraq geri çəkilməyə məcbur oldu. Bu fakt Azərbaycan Silahlı Qüvvələrinin müasir, texnoloji və yüksək döyüş hazırlıqlı bir ordu olduğunu bütün dünyaya nümayiş etdirdi. Bu əzəmətli Zəfərin nəticəsi olaraq, 2020-ci il noyabrın 26-da “Füzulinin azad olunmasına görə” medalı təsis edildi və hərbi qulluqçularımız bu medalla təltif olundular. Bu, dövlətimizin öz qəhrəman övladlarına göstərdiyi yüksək dəyərin təzahürüdür”, - deyə Fatma Yıldırım vurğulayıb.

Onun sözlərinə görə, Füzuli azad edilmiş ərazilər arasında minalarla ən çox çirklənmiş bölgədir. İlkin hesablamalara əsasən, burada 100 mindən artıq mina basdırılıb. Bu fakt Ermənistanın müharibə cinayətləri törətdiyini, insanlıq əleyhinə əməllər həyata keçirdiyini bir daha sübut edir. Minalanmış ərazilər təkcə insan həyatına deyil, həm də sosial-iqtisadi bərpa işlərinə ciddi maneələr yaradır. Dövlətimiz bu istiqamətdə beynəlxalq ictimaiyyətin diqqətini minalar probleminə yönəltməkdə davam edir.

F.Yıldırım qeyd edib ki, bu gün artıq azad edilmiş Füzuli şəhəri yenidən qurulur, dirçəlir, həyata qayıdır. Böyük Qayıdış prosesində Füzuli öncül yerdə durur və şəhərin sürətli bərpası dövlətimizin siyasi iradəsinin və güclü sosial siyasətinin təzahürüdür. Prezident İlham Əliyevin birbaşa nəzarəti və təşəbbüsü ilə Füzuli şəhərinin bərpası, infrastrukturların yenidən qurulması istiqamətində irimiqyaslı layihələr reallaşdırılır. 2023-cü ilin mart ayında “Füzuli şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı” təsdiqlənib. Bu gün artıq “Füzuli” yarımstansiyası, Rəqəmsal Yarımstansiya və İdarəetmə Mərkəzi, Köndələnçay su anbarları kompleksi, Zəfər, Füzuli-Hadrut və Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolları, eləcə də Füzuli Beynəlxalq Hava Limanı istifadəyə verilib. Bu mühüm infrastruktur layihələri Füzulinin yenidən dirçəlməsinə və Böyük Qayıdışın sürətlənməsinə xidmət edir.

2023-cü ilin avqust ayından başlayaraq Füzuliyə keçmiş məcburi köçkünlərin qayıdışı reallaşmağa başladı. Bu, sadəcə, fiziki qayıdış deyil. Bu, həm də milli kimliyimizə, tarixi yaddaşımıza və doğma yurdlarımıza dönüşün simvoludur. İndiyə qədər 824 ailə – 3141 nəfər füzulili doğma torpaqlarına qayıdıb. 2026-cı ilin sonunadək 22 min insanın yalnız Füzuli rayonunda məskunlaşması nəzərdə tutulur. Bu, dövlətimizin strateji baxışının və planlı şəkildə həyata keçirilən sosial-iqtisadi inkişafın nəticəsidir.

Deputatın fikrincə, Böyük Qayıdış çərçivəsində həyata keçirilən layihələr beynəlxalq əməkdaşlıq ruhunu da özündə əks etdirir. Qardaş Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin təşəbbüsü ilə Füzulidə yüksək standartlara cavab verən və geniş infrastruktura malik Mirzə Uluqbəy adına məktəbin inşası bu birliyin bariz nümunəsidir.

Qardaş Qazaxıstanın dəstəyi ilə Füzulidə inşa edilən Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi mədəni infrastruktur olmaqla yanaşı, iki ölkə arasında mənəvi körpünün, dostluğun və ortaq dəyərlərin simvoludur.

“Füzuli bu gün həm inkişafın, həm də milli iradənin timsalına çevrilib. Prezident İlham Əliyevin uzaqgörən siyasəti və güclü liderliyi nəticəsində Böyük Qayıdış gerçəyə çevrilir. Hər bir köç karvanı, inşa edilən məktəb və mədəniyyət ocağı bu torpaqların dirçəlişini müjdələyir. Bu gün biz bir millət olaraq həm qürur duyuruq, həm də yeni reallıqlar fonunda işğaldan azad olunmuş torpaqlarımızda davamlı sülh, rifah və inkişaf üçün birgə çalışırıq. Füzuli xalqımızın gücünü, dövlətimizin iradəsini və regional həmrəyliyi nümayiş etdirən parlaq örnəkdir”, - deyən F.Yıldırım fikirlərini yekunlaşdırıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Geniş təfəkkürün ensiklopedik elmi baxışları

Nərimanov rayonunda oğurluq edənlər saxlanılıblar

Azərbaycanın uğurlarının əsasında Ulu Öndər Heydər Əliyevin siyasəti dayanır - ŞƏRH

UNEC THE Dünya Universitetləri Reytinqində dünya liderlərini geridə qoyub

Bakıda üzgüçülük üzrə Dünya Kubokunda Azərbaycan rekordları qeydə alınıb

Murad Hüseynov: İlyas Əfəndiyevin irsi həmişə müasir olaraq qalacaq

Professor Eva-Maria Aux: “Kitabi-Dədə Qorqud” Şərq və Qərb arasında möhkəm bir körpüdür

Polşa mətbuatı: Azərbaycan, Gürcüstan və Türkiyə Aralıq Dəhlizində yükdaşımaları sürətləndirməyi hədəfləyir

Günay Əfəndiyeva: İlyas Əfəndiyev öz əqidəsinə və dəyərlərimizə sadiq şəxsiyyət kimi yaddaşlarda yaşayır

Akademik Kamal Abdulla: Drezdendə “Kitabi-Dədə Qorqud”la bağlı simpoziumun keçirilməsi mühüm hadisədir

Rüstəm Orucov: İki qızıl medalla rekordumuzu təkrarlaya bilərik

Drezden Kitabxanasının rəhbəri: “Kitabi-Dədə Qorqud” dastanına dair beynəlxalq tədbirə ev sahibliyi etməkdən məmnunuq

Drezdendə “Kitabi-Dədə Qorqud” dastanı ilə bağlı beynəlxalq elmi simpozium keçirilib

Silah səslərindən saz avazına: Suqovuşanın yeni həyatından REPORTAJ

Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycanın möhkəm təməlini yaratdı - ŞƏRH

DİN: 68 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb

Torpaq sürüşməsi Quba-Xınalıq yolunu bağlayıb VİDEO

Torpaq sürüşməsi Quba-Xınalıq yolunu bağlayıb VİDEO

Türkiyə Prezidenti: Türk dövlətlərinin həmrəyliyinin sarsılmaz olaraq qalmasını arzulayıram

Ankarada kəlağayı ənənələrinə həsr olunmuş rəsm sərgisi açılıb

Azərbaycanın və İranın xarici işlər nazirləri arasında telefon danışığı olub

Almaniyada ölkənin yenidən birləşməsinin 36-cı ildönümü – Birlik Günü qeyd olunur

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı dövlətçilik siyasətinin yeni mərhələsidir - ŞƏRH

Orxan Səfərov: Cüdoda proqnoz vermək çətindir, lakin komandamızdan yüksək nəticə gözləyirik

Avropa təamları diplomatların təqdimatında: Bakıda Kulinariya Festivalı

İntensiv yağışlarla əlaqədar sukanal idarələri gücləndirilmiş rejimdə çalışır VİDEO

İntensiv yağışlarla əlaqədar sukanal idarələri gücləndirilmiş rejimdə çalışır VİDEO

YAP-ın VIII Qurultayı Azərbaycanın gələcək inkişaf prioritetlərinə işıq salır – ŞƏRH

Kubanıçbek Ömüralıyev: Bu gün Türk Dövlətləri Təşkilatı daha möhkəm təməllər üzərində dayanır

YAP-ın VIII Qurultayında qarşıya qoyulan vəzifələr gələcək uğurlar, zəfərlər üçün yol xəritəsidir ŞƏRH

Heydər Əliyevin siyasəti yaşayır, qalib gəlir və Azərbaycan xalqını xoşbəxt gələcəyə aparır - ŞƏRH

III Beynəlxalq Opera Festivalı Gəncədə sənətsevərləri bir araya gətirib

Bakının bəzi yollarında sürət həddi endirilib

Ümummilli Lider Heydər Əliyev idealları işığında dövlət, Vətən sevgisi ilə yaşamalı, çalışmalıyıq ŞƏRH

Azərbaycanın son illərdə beynəlxalq münasibətlər sistemində artan çəkisi təsadüfi proses deyil ŞƏRH

Ayxan Abbasov: Son oyundakı məyusluğu geridə qoyub, Litvaya qarşı daha yaxşı oynamalıyıq

Proqnoz: Bəzi yerlərdə yağış, dağlıq ərazilərdə isə qar yağacaq

Xalq yazıçısı İlyas Əfəndiyev vəfatının 30-cu ildönümündə məzarı başında anılıb

Suqovuşan və Talış zəfəri: Şimal cəbhəsində strateji üstünlüyü təmin edən əməliyyat VİDEO

Suqovuşan və Talış zəfəri: Şimal cəbhəsində strateji üstünlüyü təmin edən əməliyyat VİDEO

Çində dəmir yolu ilə sərnişin daşınmasında rekord qeydə alınıb VİDEO

Çində dəmir yolu ilə sərnişin daşınmasında rekord qeydə alınıb VİDEO

Tural Gəncəliyev: 3 oktyabr Azərbaycan dövlətçiliyinin möhkəmlənməsi yolunda tarixi dönüşün rəmzlərindəndir

Xalqın inamından tarixi Zəfərə ŞƏRH

“Yeni nəsil energetiklər: Şəbəkənin memarları” ümumrespublika yarışının daha bir regional turu geridə qalıb

Dubay-Ben-Qurion uçuş reysində terror aktına cəhd olub

3 oktyabr – dövlətçiliyimizin taleyini müəyyən edən tarixi seçim - ŞƏRH

Rusiya ordusunun hərbi və komanda məntəqələrinə hava zərbələri endirilib

Bakıda bir sıra yolötürücülərində gecə saatlarında instrumental müayinələr aparılacaq

Ulu Öndərin xarici siyasət kursunda milli maraqların qorunması əsas prinsip idi RƏY

Heydər Əliyev siyasi irsi Azərbaycanın siyasi və iqtisadi suverenliyinin möhkəm təməlidir – ŞƏRH

Suqovuşan qəsəbəsinə və Talış kəndinə köçürülən sakinlərdən 230-u məşğulluq tədbirlərinə cəlb edilib

ADY: Yağışlı və küləkli hava şəraitində dəmir yollarına nəzarət gücləndirilib

Vətəndaşlar “Açıq qapı” günü aksiyalarında pulsuz hüquqi yardımdan yararlanıblar

FHN Qaz Emalı Zavodunda yanğın-taktiki təlim keçirib

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 3 oktyabr

Qrız, Xınalıq, Qusar və Şahdağda qar yağır - Faktiki hava

“Ordunun Səsi Radiosu” - bir il sizinlə...

Azərbaycanın batut gimnastları beynəlxalq turnirdə 6 medal qazanıblar

“Turan Tovuz” və “Fənərbağça” bu gün 32 ildən sonra yenidən üz-üzə gələcək

Türkiyə XİN: Türk Əsrini birlik içində qururuq

DİN: Dələduzluğa görə axtarışda olan 3 nəfər saxlanılıb

Tovuzda fərdi yaşayış evində bir nəfərin ölümü ilə nəticələnən yanğın olub

İraq Respublikasının Prezidenti Zati-aliləri cənab Nizar Amidiyə

Koreya Respublikasının Prezidenti Zati-aliləri cənab Li Cemyönə

Almaniya Federativ Respublikasının Prezidenti Zati-aliləri cənab Frank-Valter Ştaynmayerə

Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul edib VİDEO

3 Oktyabr Türk Dövlətlərinin Əməkdaşlıq Günüdür

Bakıda ərzaq satışı köşkündə yanğın olub, bir nəfərin meyiti aşkarlanıb

Ötən gün 63 cinayətin açılması təmin olunub

Ulu Öndər Heydər Əliyevin Prezident seçilməsi müstəqil Azərbaycanın tarixində yeni mərhələ yaratdı ŞƏRH

Azərbaycanın U-20 millisi bu gün Moldova ilə yoxlama görüşü keçirəcək

Ladislau-Marius Vizerin “Dostluq” ordeni ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Qubada ilk qar VİDEO

Qubada ilk qar VİDEO

Tovuzda baş verən ölüm hadisəsinin təfərrüatları məlum olub YENİLƏNİB VİDEO

Tovuzda baş verən ölüm hadisəsinin təfərrüatları məlum olub YENİLƏNİB VİDEO

Azərbaycan nefti 124 dollara satılır VİDEO

Azərbaycan nefti 124 dollara satılır VİDEO

Suqovuşan və Talış kəndlərinin işğaldan azad edilməsindən 6 il ötür

Yaponiya 2030-cu ildə yeni raketlərin kütləvi istehsalına başlayacaq

Ulu Öndərin dövlətçilik irsi müasir Azərbaycan tarixinin öyrənilməsində mühüm mövzulardan biridir

Ulu Öndər Heydər Əliyev - Müstəqil Azərbaycanın xilaskarı və dövlətçilik ideologiyasının banisi

Suraxanı rayonunun bəzi ərazilərində işıq olmayacaq

ABŞ BMT üzvlərini İrana qarşı sanksiyalara əməl etməyə çağırıb

Hörmüz boğazında neft tankerinə atəş açılıb

G20 ölkələri ərzaq ticarətinin siyasi məqsədlər üçün istifadəsini pisləyib

BMT: 2025-ci ildə dünyada 6 milyona yaxın qaçqın uşaq məktəbdən kənarda qalıb

Şimali Koreya Yapon dənizinə doğru raket atıb

Tramp dizel yanacağının ixracına qadağa qoyulmayacağını bildirib

İsrail ordusu Suriyanın cənubundakı Kuneytra əyalətini atəşə tutub

Tramp ASEAN sammitində iştirak etmək üçün Filippinə səfər edəcək

ABŞ-Ukrayna fondu ilk mədən müqaviləsini imzalayıb

Millətlər Liqası: Türkiyə Belçikaya uduzub, Fransa İtaliya ilə heç-heçə edib

Fransada lisey şagirdlərinin etirazlarında 5000-dən çox insan saxlanılıb

3 oktyabr 1993-cü il müstəqil Azərbaycanın inkişaf mərhələsinin başlanğıcıdır RƏY

Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi endirilib

Husilər: Səudiyyə Ərəbistanı son sutka ərzində Yəmənə 94 hava zərbəsi endirib

Şimali Kiprdə batan gəminin qəza səbəbi açıqlanıb

G7 ölkələri İranı enerji təhlükəsizliyini pozmaqda günahlandırıblar

“Fənərbağça”dan paylaşım: Salam, qardaş, Can Azərbaycan!

“The Guardian”: Qərb ölkələri səfirliklərini Kiyevdən köçürə bilər

Azərbaycanın U-19 futzal millisinin seçmə mərhələdəki rəqibləri müəyyənləşib

Avrozonada inflyasiya 3 ilin ən yüksək səviyyəsindədir

Oğuzda intellektual bilik yarışının qalibləri bəlli olub

Üzgüçülük üzrə Dünya Kubokunun ikinci yarış günü yekunlaşıb