Füzuli rayonunun Kərimbəyli kəndinə təbii qaz verilmişdir
Füzuli, 10 may (AZƏRTAC). Füzuli rayonunun Kərimbəyli kəndinə təbii qaz verilmişdir.
Bu münasibətlə keçirilən toplantıda çıxış edən rayon icra hakimiyyətinin başçısı Alı Alıyev sakinləri qaz çəkilişi münasibətilə təbrik etmiş, ölkədə və rayonda gedən sosial-iqtisadi inkişafdan, görülmüş işlərdən danışmışdır.
Məlumat verilmişdir ki, Kərimbəyli kəndinin qazlaşdırılması üçün 13 min 750 metr 108 millimetrlik daşıyıcı və 12 min 500 metr 57 millimetrlik paylayıcı qaz xətləri çəkilmişdir.
Kəndə təbii qazın verilməsini bildirən rəmzi məşəl yandırılmışdır.
Kənd sakinləri onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərinə minnətdarlıqlarını bildirmişlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.09.2026 [13:55]
® “Sabah Investment Group”un rəhbərliyi Acarıstana işgüzar səfər edib
- 09.09.2026 [13:23]
Baş katib: Azərbaycan bərpaolunan enerjiyə fəal investisiya yatırır
- 09.09.2026 [13:11]
TDT-nin Yaşıl Maliyyə Şurası əməkdaşlıq üzrə gündəliyini genişləndirib
- 09.09.2026 [13:06]