GDU məzunları 48 ildən sonra bir arada
Gəncə, 11 sentyabr, AZƏRTAC
Gəncə Dövlət Universitetinin (GDU) Kimya və biologiya fakültəsini 1978-ci ildə bitirən məzunlar doğma ali təhsil ocağında görüşüblər. Məzunlar bir zamanlar təhsil aldıqları auditoriyalarda, eləcə də laboratoriyalarda olublar.
Universitetdən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, Kimya və biologiya fakültəsinin Tədris işləri üzrə dekan müavini Mirzə Həsənov və Humanitar məsələlər üzrə dekan müavini Yeganə Aslanova universitetdə həyata keçirilən yeniliklər, fakültənin uğurları haqqında ətraflı məlumat veriblər. Qeyd olunub ki,1938-ci ildə əsası qoyulan Kimya və biologiya fakültəsində indiyə qədər 20 mindən çox mütəxəssis hazırlanıb. Fakültənin professor-müəllim heyəti yüksəkixtisaslı elmi-pedaqoji kadrların hazırlanması, yeni fənn proqramlarının, dərslik və dərs vəsaitlərinin yazılması istiqamətində daim işlər aparır.
Çıxış edən məzunlar bildiriblər ki, 48 ildən sonra Gəncə Dövlət Universitetində keçirilən bu görüş keçmişlə bu günün gözəl, yaddaqalan, unudulmaz xatirəsidir.
Müxbir - Elcan Məmmədov