Gədəbəydə uşaq və yeniyetmələr arasında şahmat və dama turniri keçirilib
Gədəbəy, 9 fevral, Vüsalə Cənnətova, AZƏRTAC
Gədəbəy rayonu Uşaq-Gənclər İdman-Şahmat Məktəbində uşaq və yeniyetmələr arasında şahmat və dama idman növləri üzrə təsnifat turniri keçirilib.
Məktəbdən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, yarışda 125 idmançı iştirak edib. Onlardan 85 nəfəri şahmat, 40 nəfəri isə dama idman növü üzrə bacarığını göstərib. Yarışın qaliblərinə diplomlar və medallar təqdim edilib.