Gənc alim və tədqiqatçılar üçün 10-cu qrant müsabiqəsi elan olunub
Bakı, 19 fevral, AZƏRTAC
Azərbaycan Elm Fondu 2026-cı il üzrə gənc alim və tədqiqatçılar üçün 10-cu qrant müsabiqəsini elan edib.
Fonddan AZƏRTAC-a bildirilib ki, müsabiqə fundamental və tətbiqi elmi-tədqiqat layihələrini əhatə edir. Qalib layihələrə 75 min manatadək maliyyə ayrılıb.
Müsabiqədə 35 yaşadək gənc alimlər iştirak edə bilərlər. Layihələrin elektron qəbulu aprelin 9-u saat 18:00-dək, çap sənədləri isə aprelin 10-u saat 17:00-dək qəbul olunacaq. Layihələr yalnız e-QRANT sistemi vasitəsilə təqdim edilir və müraciətlərin son günlərə saxlanılmaması tövsiyə olunur. Müsabiqə ilə bağlı ətraflı məlumatı fondun rəsmi internet səhifəsindən, [email protected] və ya +99412 504 2756 əlaqə vasitələri əldə etmək mümkündür.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 20.09.2026 [11:47]
Qafqaz Albaniyasının irsi sistemli şəkildə araşdırılmalıdır
- 19.09.2026 [21:06]
“Yeni tədris ili: məktəbdə keyfiyyətli başlanğıc” konfransı keçirilib
Bu saata olan əsas xəbərlər
- [20:00]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Suverenliyin təntənəsi - ŞƏRH
- [09:51]
Argentinada “Qəzəb yürüşü”
- [06:08]