Gənc bəstəkarların plenumu çərçivəsində növbəti konsert
Bakı, 29 noyabr, AZƏRTAC
Noyabrın 29-da Azərbaycan Bəstəkarlar İttifaqında “Gənc bəstəkarların əsərlərindən ibarət plenum” çərçivəsində növbəti konsert təşkil olunub.
AZƏRTAC xəbər verir ki, konsertdə gənc bəstəkarlar Tural Məmmədlinin kamança və piano üçün “Tənha yolçu”, Nigar Əliyevanın “Simli kvartet” (I hissə), İlahə İsrafilovanın simli kvartet üçün “Casus” kompozisiyası, Kamran Nəsirovun simli kvartet üçün “Üzeyirnamə”, Fərid Fətullayevin “Bu gecə” romansı, Səid Qəninin “Projections”, Aria Torkanbourinin “Tempest Order”, Sevinc Əliyevanın tar və kamera orkestri üçün “Konsert pyesi” əsərləri səsləndirilib.
Konsert proqramı maraqla qarşılanıb.
Qeyd edək ki, plenum çərçivəsində tədbirlər noyabrın 30-dək davam edəcək.