Gənc rəssamlar Gəncədə bir araya gəliblər
Gəncə, 10 fevral, Elcan Məmmədov, AZƏRTAC
Gəncə Şəhər İcra Hakimiyyətinin, Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin dəstəyi və Azərbaycan Rəssamlar İttifaqının Gəncə regional bölməsinin təşkilatçılığı ilə F.Əmirov adına Gəncə Dövlət Filarmoniyasının Urban Mərkəzində gənc rəssamların əl işlərindən ibarət sərgi açılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, sərgidə çıxış edənlər Gəncə rəssamlıq məktəbinin zəngin ənənələrindən, gənc istedadların yaradıcılıq potensialından və bu kimi tədbirlərin onların inkişafına verdiyi töhfədən danışıblar. Qeyd olunub ki, gənclərin incəsənətə marağının artırılması, yaradıcılıq fəaliyyətinin stimullaşdırılması və yeni istedadların üzə çıxarılması baxımından belə sərgilər mühüm əhəmiyyət daşıyır.
Çıxışlardan sonra bir qrup rəssama Azərbaycan Rəssamlar İttifaqının üzvlük vəsiqələri təqdim olunub.
Daha sonra qonaqlar sərgi ilə tanış olaraq nümayiş etdirilən əsərlərə baxış keçiriblər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.02.2026 [20:10]
Naxçıvan şəhərinin bəzi ərazilərinə içməli suyun verilişi dayandırılacaq
- 10.02.2026 [20:05]
Şuşa yenidən ağ örpəyə bürünüb VİDEO
- 10.02.2026 [18:58]
Naxçıvanda 528 ağaca inventar lövhələri vurulub
- 10.02.2026 [18:58]
Müasir Azərbaycan gəncliyi Ulu Öndər Heydər Əliyevin imzasıdır
- 10.02.2026 [18:52]
Naxçıvan idmançıları ölkə birinciliyində 12 medal qazanıblar
- 10.02.2026 [18:47]
Baharın müjdəçisi Xıdır Nəbi bayramı – Tovuzdan reportaj
- 10.02.2026 [18:24]
Qobustanda bədbəxt hadisə nəticəsində iki nəfər ölüb
- 10.02.2026 [17:44]
Hamamdərə termal bulağının turizm potensialı araşdırılır
- 10.02.2026 [17:02]