Gəncədə atraksionlara texniki baxış keçirilir
Gəncə, 14 may (AZƏRTAC). Yay mövsümünün gəlişi ilə əlaqədar Gəncədəki atraksionlara texniki baxış keçirilir. Mütəxəssislərdən ibarət komissiya şəhərdəki park və xiyabanlarda, eləcə də əyləncə mərkəzlərində fəaliyyət göstərən atraksionların texniki vəziyyətini nəzərdən keçirir, mövcud qüsurların aradan qaldırılması barədə tapşırıqlar verirlər. Reyd zamanı Heydər Əliyev parkındakı “Şeytan çarxı”nda ciddi qüsurlar aşkar edilmiş və fəaliyyəti dayandırılmışdır.
Şəhər mədəniyyət və turizm idarəsindən verilən məlumata görə, Gəncədəki 10 atraksionun, demək olar ki, hamısı köhnədir. Hazırda şəhərdə yeni atraksionların quraşdırılması üçün tədbirlər görülür.
Heydər Əliyev parkının təmirindən sonra quraşdırılacaq atraksionlar öz müasirliyi ilə seçiləcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [14:39]
Laçında özünüməşğulluq proqramının icrasına başlanılıb
- 26.08.2023 [11:48]
“Ay Laçın” – doğma və kövrək duyğularla VİDEO
- 25.08.2023 [17:45]
Avqust ayının müavinət, təqaüd və ünvanlı sosial yardımları tam ödənilib
- 25.08.2023 [17:38]
Qida sahəsində fəaliyyət göstərən 7 müəssisədə nöqsanlar aşkarlanıb
- 25.08.2023 [14:17]
® “Xonça” şirniyyat sahəsində yeni texnologiyaları ölkəyə gətirir
- 25.08.2023 [12:22]
“Könüllü DOST” proqramına ötən dövrdə 96,1 min müraciət olub
- 25.08.2023 [12:04]
“YAŞAT” düşərgəsinin altıncı həftəsi başa çatıb
- 25.08.2023 [11:48]