Gəncədə keçirilən buraxılış imtahanlarında 3 min 363 şagird iştirak edib
Gəncə, 11 mart, Rauf Hacıyev, AZƏRTAC
Martın 11-də Dövlət İmtahan Mərkəzinin Gəncə regional bölməsinin əhatə etdiyi Gəncə və Naftalan şəhərləri, eləcə də Samux, Göygöl, Goranboy, Daşkəsən, Kəlbəcər və Xocalı rayonlarının ümumtəhsil müəssisələrinin məzunları üçün ümumi orta təhsil səviyyəsi üzrə (9-cu sinif) buraxılış imtahanının birinci mərhələsi yekunlaşıb.
Mərkəzin Gəncə regional bölməsinin müdiri Nəsimi Məmmədov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, imtahanların keçirilməsi üçün Gəncədə 6, Naftalanda 1, Samuxda 2, Göygöldə 2, Goranboyda 3, Daşkəsəndə 1 imtahan mərkəzi ayrılıb.
Kəlbəcər və Xocalı rayonlarının məzunları imtahanlarını Gəncə şəhərində və Göygöl rayonundakı imtahan mərkəzlərində veriblər. İmtahanlarda Gəncə şəhəri üzrə 3 min 363 nəfər 9-cu sinif şagirdi iştirak edib.
İmtahanlar saat 11-də başlayıb və 2 saat davam edib. İnşa yazan şagirdlərə test tapşırıqlarını cavablandırmaq üçün ayrılmış 2 saatlıq müddət qurtardıqdan sonra 30 dəqiqə əlavə vaxt verilib.
Gəncə şəhərindəki mərkəzlərdə keçirilən buraxılış imtahanları 21 imtahan rəhbəri və 266 nəzarətçi müəllim tərəfindən idarə olunub. İmtahanlar mövcud təlimata uyğun keçib və hər hansı qayda pozuntusu qeydə alınmayıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [10:47]
Culfada yaşayış binasında yanğın olub
- 11.06.2026 [08:46]
Lənkəranda güləş festivalı idmansevərləri bir araya gətirib
- 10.06.2026 [22:22]
Şəkidə şəhid Məmmədiyə Cabbarzadənin xatirəsi anılıb
- 10.06.2026 [18:54]
Culfada ictimai-iaşə obyektinin fəaliyyəti dayandırılıb
Gələcəyin texnologiyaları: “ILA Berlin 2026” sərgisindən reportaj
- 10.06.2026 [23:23]
Şəkidə şəhid Məmmədiyə Cabbarzadənin xatirəsi anılıb
- 10.06.2026 [22:22]
Azərbaycan millisinin üzvü "Şamaxı"da
- 10.06.2026 [21:36]
Böyük Britaniya enerji ödənişlərini azaltmaq üçün Aİ ilə yeni saziş istəyir
- 10.06.2026 [21:32]
Qlazqoda iğtişaşlar və irqi zəmində hücumlarla bağlı üç nəfər saxlanılıb
- 10.06.2026 [21:21]
Yasamal rayonunda obyektdə baş verən yanğın söndürülüb YENİLƏNİB
- 10.06.2026 [20:28]
Tramp İranı yenidən sərt şəkildə vuracağını elan edib
- 10.06.2026 [20:21]
"Turan Tovuz" Filip Ozobiçlə vidalaşıb
- 10.06.2026 [20:07]
Bu saata olan əsas xəbərlər
- 10.06.2026 [20:00]
“Macar-Azərbaycan ortaq etnik kökləri” kitabının təqdimatı olub
- 10.06.2026 [19:52]
İsveçrə Vəkillər Kollegiyasının sədri Azərbaycana səfər etməyi planlaşdırır
- 10.06.2026 [19:29]