Gəncədə Üzeyir Hacıbəyli irsinə ithaf: beynəlxalq musiqi festivalı
Gəncə, 24 sentyabr, AZƏRTAC
Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında Üzeyir Hacıbəylinin 141 illiyinə həsr olunmuş XVIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində konsert proqramı təqdim olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, konsertdə Türkiyənin Çukurova Dövlət Simfonik Orkestri və Niyazi adına Dövlət Simfonik Orkestri çıxış edib. F.Tüzünün “Çayda Çıra”, “Çeşməbaşı” balet süitası, E.İnalın “Anadolu Rapsodisi”, C.Saint-Saënsın “İntroduksiya və Rondo-Kapriççio” a-moll, op. 28 və Fikrət Əmirovun “Nəsimi dastanı” əsərlərindən ibarət konsert proqramını Azərbaycanın Xalq artisti, dirijor Yalçın Adıgözəlov və türkiyəli dirijor Eray İnal idarə ediblər.
Proqramda solist qismində Əməkdar artist Elvin Hoca Qəniyev çıxış edib.
Müxbir - Elcan Məmmədov