Gənclər narkomaniyanın zərərləri haqqında məlumatlandırılıblar
Şamaxı, 22 noyabr, AZƏRTAC
Gənclərin İnkişaf və Karyera Mərkəzinin Şamaxı nümayəndəliyinin və Şamaxı Dövlət Regional Kollecinin birgə təşkilatçılığı ilə gənclər üçün "Sağlam gənclik sağlam gələcək" layihəsi çərçivəsində "Narkomaniyaya qarşı mübarizə" mövzusunda təlim keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, 50-yə yaxın gəncin iştirakı ilə keçirilən təlimdə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının baş məsləhətçisi Şahin İsmayılov gənclərə narkomaniyanın insanlara fiziki, mənəvi və sosial zərərləri haqqında ətraflı məlumat verilib. Təlimçi ümumbəşəri bəla olan “ağ ölüm”ə qarşı mübarizədə gənclərin də fəal iştirakının zəruriliyini vurğulayıb.
İnteraktiv formada keçən təlimin sonunda gənclərə sertifikatlar verilib.