Gənclər və idman naziri Balakən və Zaqatala sakinlərinin müraciətlərini dinləyib
Bakı, 6 noyabr, AZƏRTAC
Gənclər və idman naziri Fərid Qayıbov Balakən və Zaqatala rayonlarında yaşayan vətəndaşlarla görüşüb.
Nazirlikdən AZƏRTAC-a verilən məlumata görə, görüşdən öncə Zaqatalada Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət olunub, önünə gül dəstələri qoyulub. Həmçinin Heydər Əliyev Mərkəzi ilə tanışlıq olub.
Mərkəzdə keçirilən görüşdə nazir Fərid Qayıbov vətəndaşları dinləyib, müraciətlərinin həlli üçün müvafiq tapşırıqlar verib.