İQTİSADİYYAT
“GəncOL”da 70-dən çox endirim!
Bakı, 18 iyul, AZƏRTAC
“Azercell” şirkətinin “GəncOL” tarif paketi ilə abunəçilər hazırda 70-dən artıq məkanda sərfəli endirimlərdən yararlana bilirlər.
Şirkətin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, “GəncOl”a qoşulan abunəçilər “Park Cinema” ve “Cinema Plus” kinoteatrlar şəbəkəsində bir bilet almaqla ikincini pulsuz əldə edir. Eləcə də, “Papa John’s”, “Cinnabon”, “Sultan Ahmet” restoranlarında, “Baku Mall” və “28 Mall” alış-veriş mərkəzlərində, “GRBS” təlim mərkəzlərində, “City Taxi” və onlarla digər xidmətlərdə sərfəli endirimdən faydalana bilirlər. Bu endirimlərdən yararlanmaq da çox asandır. Sadəcə, “GencOL” tarifinə qoşulub, 7070 qısa nömrəsinə SMS göndərmək və əldə olunan kodu endirim təklif olunan məkanda təqdim etmək kifayət edir.