Azərbaycan Dövlət İnformasiya Agentliyi

Gəray Gəraybəyli: Mənə elə gəlir ki, bəzi işlərimdə hələ də ona hesabat verirəm

Bakı, 27 dekabr, Abdulla Suvar, Turan Teymurov, AZƏRTAC

Bu gün onunla nə rəhbərlik etdiyi Azərbaycan Tibb Universitetindən, nə də tibb elminin müasir inkişafından danışacağıq. Bu gün söhbətimiz tamam başqa mövzudadır, sənətlə bağlıdır. O sənətlə bağlıdır ki, onun inkişafında Ağasadıq Gəraybəylinin böyük xidmətləri olub....

Bu il teatr və kino sənətinin görkəmli nümayəndəsi, Xalq Artisti Ağasadıq Gəraybəylinin anadan olmasının 120 ili tamam olub. Bu münasibətlə dövlət başçısının imzaladığı Sərəncamla ölkəmizdə sənətkara həsr edilmiş silsilə tədbirləri keçirilib. Görkəmli sənətkar haqqında dövrü mətbuatda, internet saytlarında və televiziya kanallarında çoxsaylı yazılar, məqalələr, verilişlər hazırlanıb. Biz də öz növbəmizdə Ağasadıq Gəraybəyli sənətinin və şəxsiyyətinin görünən və görünməyən tərəflərinə baş vurmaq üçün sənətkarın nəvəsi ilə görüşüb həmsöhbət olduq. Tibb Universitetinin rektoru, professor Gəray Gəraybəylinin AZƏRTAC-a müsahibəsini təqdim edirik.

- Babanız Ağasadıq Gəraybəylini necə xatırlayırsınız?

- Uşaqlıq illərimin böyük bir hissəsini babamın yanında keçirmişəm. Buna görə də onun haqqında xatirələrim yaddaşımda dərin, silinməz iz qoyub. O, çox qayğıkeş, sadə, səmimi insan idi. İstər ailədə, istərsə də qohumlar arasında heç vaxt öz nailiyyətləri barədə danışmazdı. Hər kəslə öz dilində danışmağı bacarırdı, ailəsinə, uşaqlarına və nəvələrinə xüsusi diqqətlə yanaşardı.

- Teatr tədqiqatçıları qeyd edirlər ki, Dram Teatrında Ağasadıq Gəraybəylidən çox rol oynayan ikinci bir aktyor olmayıb, sizcə, onu bu sənətə bağlayan şövq, bacarıq nədən qaynaqlanır?

- Teatrşünas, teatr tənqidçisi olmadığımdan bu barədə danışmaq mənim üçün çox çətindir. Sözsüz ki, mütəxəssislər daha yaxşı təhlil apararlar. Ancaq onu qeyd etmək istərdim ki, babam teatra və sənətə hədsiz dərəcədə bağlı idi. O, teatrla, səhnə ilə yaşayırdı. Özünü teatrsız, səhnəsiz təsəvvür etmirdi. Məhz sənətə bu dərəcədə bağlılığın, sevginin nəticəsidir ki, bu qədər rol oynayıb, yaddaqalan obrazlar yarada bilib.

- Müsahibələrinizin birində babanızın sizi aktyor kimi görmək istədiyini bildirmisiniz, bəs necə oldu ki, siz bu sənəti seçmədiniz?

- Yuxarıda qeyd etdiyim kimi, uşaqlıq illərimin çox hissəsini babamla keçirmişəm. Məktəbdə oxuyanda məni də özü ilə məşqlərə aparardı. Demək olar ki, məktəb illərimin yarısı qrim otaqlarında, kulislərdə, səhnə arxasında keçib. Bu ab-hava mənə çox cəlbedici görünürdü. Bundan əlavə, evimizdə də babamın çoxlu qrimləri, parikləri var idi. Hətta aktyor olmaq haqqında düşünürdüm. Yuxarı sinifdə oxuyarkən Tibb Universitetinin tələbəsi olan bibim qızının dərs kitabları ilə tanışlıq mənim tibb sahəsinə həvəsimi artırdı və həkimlik sənətini seçdim.

- “Mənim rollarım balalarımdır, onların hamısı mənə əzizdir” deyir böyük sənətkarlar. Onun üçün balası qədər əziz rol hansı idi?

- Hesab edirəm ki, həqiqətən də bütün ifa etdiyi rollar onun üçün doğma idi. Ancaq yaratdığı bəzi rollarının daha doğma olduğunu söyləyərdi. Sabit Rəhmanın “Əliqulu evlənir” pyesi və Mirzə İbrahimovun “Kəndçi qızı” əsərlərindəki rollarını, eyni zamanda “Xurşidbanu Natəvan” pyesində Knyaz obrazından daha çox danışardı. Deməzdim ki, ən əziz rolları idi, ancaq bu rollardan böyük sevgi ilə söz açdığını xatırlayıram.

- Babanız sənət adamlarından daha çox kimlərlə dostluq edərdi?

- Bir çox tanınmışlarla dostluq münasibətləri vardı. Teatrda olarkən dəfələrlə babamın ətrafında istər gənc, istər orta yaşlı aktyorları görürdüm. Yaşar Nuri, Telman Adıgözəlovu xatırlayıram. Babam tez-tez Mövsüm Sənani, İsmayıl Osmanlı, Əliağa Ağayev kimi məşhur aktyorlarla dostluğu haqqında danışardı. Digər tərəfdən, bizim binada bir çox tanınmış şəxslər yaşayırdı. Bülbül, Məmməd Səid Ordubadi, Mirəsədulla Mirqasımov, Mirzə İbrahimov və Süleyman Rüstəm kimi qonşularımızla sıx əlaqələri var idi.

- Yaddaqalan obrazlar yaradan böyük sənətkarı xatırladacaq əşyalar qalıbmı yaşadığı evdə?

- Bəli, onun rollarına aid geyimlərin, kostyumların bir neçəsi indiyə qədər qalır. Xüsusən də “O olmasın, bu olsun”da Rüstəm bəyin evindəki portret, çəkilişdən sonra babama hədiyyə verilmişdi. Onu bərpa elədik, indi də bizim evdədir. Bu portret mənim və ailəm üçün çox dəyərlidir.

- Heç şübhəsiz, Ağasadıq Gəraybəylinin kino yaradıcılığından söhbət gedəndə ilk yada düşən Ağabala və məşhur Rüstəm bəy obrazlarıdır. Bu rollar barədə özü nə deyərdi?

- Bu iki film onun yaradıcılığının parlaq səhifələrindən biri idi. Şəxsən mənə dəfələrlə “O olmasın, bu olsun” kinofilminin çəkilişləri haqqında danışıb. Məsələn, Rüstəm bəyin evindəki məclis zamanı yaranan davanı çəkərkən rejissor hər bir aktyora ayrılıqda edəcəyi hərəkətlər barədə məlumat verirmiş. Babam deyirdi ki, “bilmirdim ki, kim mənə sillə çəkəcək”. Sən demə, heç kəs qarşısındakının nə edəcəyini bilmirmiş. Bu da rejissorun peşəkarlığından irəli gəlir. Filmdəki səhnələrin təbii alınması üçün qarşısındakının zərbəyə hazırlaşa bilməməsi və aktyorun qəfil reaksiyasının lentə alınması üçün belə edibmiş.

- Böyük aktyorun nəvəsi olaraq həyatınızda əldə etdiyiniz uğurlarda babanızın hansısa rolu olub?

- Ağasadıq Gəraybəylinin nəvəsi olduğum üçün özümü çox xoşbəxt hesab edirəm. Təbii, həyatımda valideynlərimin də xüsusi rolu olub. Nənə və babamın mənim tərbiyəm və təhsilimdə, inkişafımda rolunu xüsusi vurğulamalıyam. Babam uşaqlıqda mənimlə saatlarla məşğul olardı. Bəlkə də elmə marağımın bünövrəsi elə o vaxtdan qoyulub. Məktəbi qızıl medalla bitirəndə babamın necə sevindiyi indiyə qədər yadımdadır. Bu, onun ömrünün son illərinə təsadüf edirdi. Hərdən mən elə gəlir ki, bəzi işlərimdə hələ də ona hesabat verirəm. Bəlkə də onun ruhu bu günə qədər mənə kömək edir.

- Bu il həm də böyük sənətkarın yubileyidir...

- Ölkə rəhbərliyinin babamın yaradıcılığına istər sağlığında, istərsə də vəfatından sonra böyük diqqət və qayğısını xüsusilə vurğulamaq istərdim. Fürsətdən istifadə edərək babamın yaradıcılığına verilən qiymətə görə Prezident İlham Əliyevə ailəmiz adından minnətdarlığımı bildirirəm. Hər zaman bu diqqətin şahidi olmuşam. Babamın həm 80, həm də 90 yaşında ulu öndər Heydər Əliyevin evimizə zəng vuraraq təbrik etdiyini xatırlayıram. Həmin məqamlar indiyə qədər ailəmizdə ən xoş hadisə kimi xatırlanır..

Maraqlı müsahibəyə görə çox sağ olun.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

BDU-nun nəzdində “Gənc istedadlar” liseyində “Son zəng”

Peru Prezidenti Azərbaycan səfirinin etimadnaməsini qəbul edib

Almatıda TDT-nin Beynəlxalq Gənclər Düşərgəsi başa çatıb

Prezidentin köməkçisi Hikmət Hacıyev ilə Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan arasında işgüzar görüş keçirilib

Heydər Əliyevin Ukrayna xalqı qarşısında xidmətləri – tarixi faktlar və rəylər

Milli Qurtuluş Günü dövlətçiliyin xilası, xalqın birliyi və gələcəyə inamın təntənəsidir- ŞƏRH

Sərhədçi gənc əsgərlər Vətənə sədaqət andı içiblər

Oğuzda Milli Qurtuluş Günü qeyd olunub

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Türkiyədə “Ankara Hava Limanı”nın açılışı olacaq

Ebola virusu Konqoda sürətlə yayılır

Beynəlxalq konfrans iştirakçıları Ulu Öndər Heydər Əliyevin məzarını, Şəhidlər xiyabanını və “Türk şəhidliyi” abidəsini ziyarət ediblər

Ukraynalı filosof: Heydər Əliyevin qayıdışı ilə onilliklər boyu düşünə bilən bir dövlətin təməli qoyulurdu

Aİ siyasətçilərinin demoqrafik böhranla bağlı narahatlıqları artıb

AAYDA: Sel suları nəticəsində zədələnmiş 25 avtomobil yolunda infrastruktur bərpa edilir

Milli Qurtuluş Günü münasibətilə vətəndaşlara pulsuz hüquqi yardım göstərilib

Xətai rayonunda şəhid mayor İlqar Verdiyevin şərəfinə ucaldılmış abidənin açılışı olub VİDEO

Xətai rayonunda şəhid mayor İlqar Verdiyevin şərəfinə ucaldılmış abidənin açılışı olub VİDEO

Britaniyada həkimlər hökumətin yeni təklifindən sonra tətili təxirə salıblar

Kurık limanında Trans-Xəzər fiber-optik kabel xətti üçün yük qəbul edilib

Zelenski Rusiya ərazilərinə endirilən hava zərbələrinin detallarını açıqlayıb

Aygün Attar: Bu günün güclü, qalib və suveren Azərbaycanı Heydər Əliyev dövlətçilik məktəbinin parlaq nəticəsidir

Bakı-Naxçıvan-Bakı marşrutu üzrə bu günə olan reyslər ləğv olunub VİDEO

Bakı-Naxçıvan-Bakı marşrutu üzrə bu günə olan reyslər ləğv olunub VİDEO

Qazaxıstan-Rusiya sərhədində yük maşınlarının sıxlığı müşahidə olunur

Britaniya La-Manş boğazında Rusiyanın “kölgə donanmasına” məxsus neft tankerini saxlayıb

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Akkan Suver: Azərbaycan öz uğurlarının əsasını 15 iyun 1993-cü ildə qoyulmuş dövlətçilik kursuna borcludur

Türkiyə Avropa Parlamentində səsverməyə çıxarılacaq layihəyə etiraz edib

Abşeron rayonunda Milli Qurtuluş Günü təntənə ilə qeyd edilib

Azərbaycan şahmatçıları dünya çempionatında mübarizə aparacaqlar

Bu saata olan əsas xəbərlər

MDU-nun rektoru: Milli Qurtuluş Günü Azərbaycan təhsilinin uğurlu gələcəyinə gedən yolun təməlidir

“Yüksəliş” müsabiqəsinin əyani mərhələsinin son turu təşkil olunub

Balakəndə “Qurtuluşdan Zəfərə” konfransı baş tutub

Qurtuluşdan Böyük Zəfərə: Heydər Əliyev siyasətinin tarixi nəticələri

Mədəniyyət Nazirliyi yazıçı-dramaturq Hidayət Orucovun vəfatı ilə bağlı məlumat yayıb

Fuad Rəsulov: Bu gün minlərlə xəstənin həyatının xilas edilməsində dövlət dəstəyi mühüm rol oynayır

Ağdamda ildırım düşməsi nəticəsində baş vermiş yanğın söndürülüb – YENİLƏNİB

Türkiyə millisi dünya çempionatına məğlubiyyətlə başlayıb

Dünya bazarında qızıl və gümüş bahalaşıb

Dünya birjalarında neft ucuzlaşıb

Yəmənli alpinist vulkan kraterinə yıxılaraq ölüb

Milli Qurtuluş Günü və məhkəmə hakimiyyətinin formalaşması

İyunun 14-ü Ümumdünya Qan Donoru Günüdür

15 İyun Türk dünyasının strateji birliyinə aparan yolun başlanğıcı oldu - ŞƏRH

Konqoda Eboladan ölənlərin sayı 149-a çatıb

Floridada helikopter qəzaya uğrayıb, dörd nəfər xəsarət alıb

ABŞ-dən İrana dəniz blokadası: 141 ticarət gəmisi ələ keçirilib

Dünya çempionatı: Braziliya millisi xal itirib

Kaluqa hava limanı fəaliyyətini dayandırıb

Ralf Ranqnik Avstriya millisi ilə yeni müqavilə imzalayıb

Şimali Koreyadan ABŞ-yə cavab: Nüvə dövləti olaraq qalacağıq

İsveçrə yığması dünya çempionatları tarixində ilk penalti qolunu vurub

“Axios”: ABŞ və İran arasında atəşkəsi uzadacaq virtual memorandum hazırlanır

Dünya çempionatı: Qətər son dəqiqə qolu ilə bir xal qazanıb

Tbilisidə 11 əvvəl baş vermiş təbii fəlakət qurbanlarının xatirəsi anılıb

DİN: “Son zəng” tədbirləri yüksək təhlükəsizlik şəraitində başa çatıb

MDU beynəlxalq reytinqdə ilk dəfə iştirak edib, ölkə üzrə 12-ci yerdə qərarlaşıb

Makron Versal sarayında Trampın şərəfinə rəsmi qəbul təşkil edəcək

BDU-da cari tədris ilini ən yüksək ÜOMG ilə bitirən məzunların adları açıqlanıb

Tovuzda ağır yol qəzası olub, ölən var VİDEO

Tovuzda ağır yol qəzası olub, ölən var VİDEO

Belfastda irqi ayrı-seçkiliyə qarşı aksiyaya minlərlə insan qatılıb

Naxçıvanda ildırım düşməsi nəticəsində yanğın baş verib VİDEO

Marneulidə “Qurtuluşdan Zəfərə” adlı tədbir təşkil olunub

Azərbaycanda daha çox hansı qan qruplarına ehtiyac olur?

15 İyun xalqın strateji seçimi idi – ŞƏRH

Azərbaycan Avropa Olimpiya Komitələrinin Baş Assambleyasında təmsil olunub

Şahin İsmayılov: Milli Qurtuluş Günü müdrik xalqımızın Ümummilli Liderinə yüksək ehtiramının ifadəsidir

Bakı–Naxçıvan marşrutu üzrə bəzi reyslər hava şəraitinə görə təxirə salınıb

Milli Qurtuluş Günü - Azərbaycan dövlətçiliyinin xilası və inkişaf yolunun başlanğıcı

ABŞ Prezidenti: İranla müqavilənin sabah imzalanması planlaşdırılır

Azərbaycan avarçəkənləri Dünya Kubokunda medal qazanıblar

Zaqatalada 2 nəfəri ilan sancıb, onlardan 1-i ölüb VİDEO

Zaqatalada 2 nəfəri ilan sancıb, onlardan 1-i ölüb VİDEO

On il sonra Almaniyada 4,3 milyon işçiyə ehtiyac yarana bilər

Heydər Əliyev adına Hərbi Liseyin 26-cı buraxılış mərasimi olub

Şamaxıda II Beynəlxalq Barbekü Festivalı başlayıb

Bu saata olan əsas xəbərlər

Rəsmi Kiyev: Ukrayna heç vaxt bioloji silah hazırlamayıb

Yeni Azərbaycan Partiyası ilə “Belaya Rus” Partiyası arasında Qarşılıqlı Anlaşma və Əməkdaşlıq Memorandumu imzalanıb

15 İyun siyasi iradənin bərpası, planlı inkişafın və uzunmüddətli strategiyanın başlanğıcıdır – ŞƏRH

Atletika üzrə Azərbaycan çempionatına yekun vurulub

Azərbaycan atleti Nazim Babayev karyerasını bitirib

Dünya çempionu olan çövkən üzrə Azərbaycan millisi mükafatlandırılıb

Sabah bəzi magistral avtomobil yollarında görünüş məsafəsi məhdudlaşacaq

Elm və təhsil naziri azad Kəlbəcərin ilk məzununun "Son zəng" tədbirində iştirak edib

TADDEF sədrinin müavini: Türkiyədə Heydər Əliyevin xatirəsini sevgi və ehtiramla anırlar

Çövkən üzrə Azərbaycan millisi dünya çempionu olub VİDEO

Çövkən üzrə Azərbaycan millisi dünya çempionu olub VİDEO

İstedadlı şagirdlərimiz riyaziyyat və məntiq üzrə ASPIRE olimpiadasının qalibi olublar

“Köklərdən inkişafa doğru”: Bakıda “Nine Senses Fest – 2026” festivalı davam edir

Milli Qurtuluş Günü Azərbaycan dövlətçiliyinin xilas edildiyi tarix kimi xalqımızın yaddaşında əbədi yaşayacaq – ŞƏRH

Otuz üç ildən sonra Horovluda “Son zəng” çalınıb

Qazax-Tovuz regionunda 6678 şagird məzun olub

YAP Sədrinin müavini ilə Ulusal Birlik Partiyasının Sədri arasında görüş olub

Paytaxt məktəblərində “Son zəng” tədbirləri təşkil olunub

“Milli Qurtuluş Günü: Zəfər yolunun başlanğıcı”

Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb

Naxçıvanda 3698 şagird məzun olub VİDEO

Naxçıvanda 3698 şagird məzun olub VİDEO

Şəkidə Milli Qurtuluş Günü ilə əlaqədar tədbir təşkil olunub

BŞTİ-nin rəhbərliyi məzunları təbrik edib

Ukrayna Müdafiə Qüvvələri Rusiyanın bir sıra obyektlərinə zərbələr endirib

“Türkiyənin Süni İntellekt üzrə 2026-2030-cu illər üçün Fəaliyyət Planı” açıqlanıb