“Gilan Holdinq”in kollektivi Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib
Bakı, 11 may, AZƏRTAC
Müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünyaşöhrətli siyasi xadim, böyük tarixi şəxsiyyət, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü münasibətilə “Gilan Holdinq”in kollektivi mayın 10-da Fəxri xiyabanı ziyarət edib.
Şirkətdən AZƏRTAC-a bildiriblər ki, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin məzarı önünə əklillər və gül dəstələri qoyulub, əziz xatirəsi dərin hörmət və ehtiramla yad edilib.