Goranboy rayonunda karantin rejimini pozan kafe sahibləri cərimələniblər
Bakı, 27 oktyabr, AZƏRTAC
Goranboy Rayon Polis Şöbəsinin əməkdaşları rayonun Dəliməmmədli şəhərində və Balakürd kəndində gecə saatlarında gizli fəaliyyət göstərən kafe aşkarlayıblar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan AZƏRTAC-a bildiriblər ki, obyekt sahibləri və müştərilər qanunla müəyyənləşmiş qaydada saxlanılaraq polis şöbəsinə gətiriliblər. Həmin şəxslərin barələrində qanuna müvafiq qaydada tədbir görülüb.