GÖYÇAYDA TAXIL BİÇİNİ BAŞA ÇATMIŞDIR
Göyçay Rayon İcra Hakimiyyətinin aqrar şöbəsindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, cari ildə taxıl biçini kampaniyası ötən ildəkindən daha tez başa çatmışdır. Buna səbəb rayonda mövcud olan 100-ə yaxın taxılbiçən kombayn və daşıyıcı traktorun tam işlək vəziyyətə gətirilərək sahələrə çıxarılmasıdır. “Aqrolizinq” ASC Göyçay rayon filialının nəzdində yaradılan aqrotexservislərin yüksək texniki göstəriciyə və iş əmsalına malik maşın və mexanizmləri taxıl yığımının vaxtında və itkisiz başa çatdırılmasına şərait yaratmışdır. Torpaq mülkiyyətçiləri bu il 16 min 448 hektar sahədən 43 min 69 ton taxıl biçmişlər ki, bunun da 15 min 786 tonu arpa, 27 min 283 tonu buğdadır. Bığır, Qaraxıdır, Şəkər, Hacalıkənd, Mırtı, Qarayazı, Qaraməryəm və Şahsoltanlı kəndlərinin fermerləri taxıl yığımında xüsusilə fərqlənmişlər.
Ötən il rayonda 16 min 224 hektar sahədən 42 min 423 hektar taxıl toplanmışdı.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]