DÜNYA
Güclü yağışlar Avstraliyanın qərb sahillərində daşqınlara səbəb olmuşdur
Bakı, 13 dekabr (AZƏRTAC). Aramsız leysan Avstraliyanın qərb sahillərində güclü daşqınlara səbəb olmuşdur. Təbii fəlakət Qərbi Avstraliyanın paytaxtı Pert şəhərinə daha böyük ziyan vurmuşdur.
Xilasetmə xidmətinin nümayəndəsi bildirmişdir ki, əhalinin düzənlik rayonlardan köçürülməsi barədə qərar qəbul edilmişdir. Əsas avtomobil yolları suyun altında qalmışdır. Ağacların qopması nəticəsində elektrik xətləri qırılmışdır. Evlərin damları uçmuş, avtomobillər sıradan çıxmışdır. Meteomüşahidələrə görə, Qərbi Avstraliyaya düşən yağıntının miqdarı son 60 ildə ən böyük olmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.05.2024 [14:44]
Hanoyda baş verən yanğın nəticəsində azı 14 nəfər ölüb
- 24.05.2024 [14:33]
Yaponiya Rusiyanın 9 şirkətinə sanksiya tətbiq edəcək
- 24.05.2024 [12:39]
ABŞ sualtı qayığının qalıqları 80 ildən sonra tapılıb
- 24.05.2024 [11:39]
Tunis sahillərində 18 qeyri-qanuni immiqrasiya cəhdinin qarşısı alınıb
- 24.05.2024 [11:24]
İspaniyada binanın çökməsi nəticəsində 4 nəfər ölüb, 16 nəfər yaralanıb
- 24.05.2024 [10:55]
Çad Prezidenti ölkənin yeni Baş nazirini təyin edib
- 24.05.2024 [10:39]