Gülüstan müqaviləsi haqqında film hazırlanıb
Bakı, 14 may, AZƏRTAC
"Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətində yeni sənədli film hazırlanaraq tamaşaçılara təqdim olunub. “Anın tarixi” layihəsi çərçivəsində hazırlanan film-hekayə “Gülüstan müqaviləsi” adlanır. Filmin ssenari müəllifi və prodüseri Səxavət Sahil, quruluşçu rejissoru Ramina Qarayevadır.
Səxavət Sahil AZƏRTAC-a bildirib ki, filmdə 1813-cü il oktyabrın 12-də Rusiya imperiyası ilə Qacar dövləti arasında imzalanan Gülüstan müqaviləsindən bəhs edilir. 1804-cü ildən 1813-cü ilə qədər davam edən Birinci Rusiya-İran müharibəsi zamanı baş verən hadisələr də bədii və sənədli təsvirlərlə filmdə əks olunub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [14:10]
Yoqa, yaradıcılıq və harmoniya: Bakıda “Nine Senses Fest-2026” keçiriləcək
- 08.06.2026 [13:41]
Bülbülün Memorial Muzeyində Mikayıl Müşfiqin xatirəsi anılıb
- 08.06.2026 [12:54]
İsveçrədə Qarabağ atına həsr olunan abidə açılıb
- 08.06.2026 [11:46]
Fotoqraf Aydın Mehdiyev Romada ikinci sərgisini təqdim edib
- 08.06.2026 [11:40]
Prezidentin Sərəncamı ilə təltif olunan xalçaçılara medalları təqdim edilib
- 08.06.2026 [08:35]