Gürcüstan elektrik enerjisinin idxalını azaltmaq niyyətindədir
Tbilisi, 10 iyun, AZƏRTAC
Son 2 ildə Gürcüstan elektrik enerjisinin idxalını təxminən üç dəfə artırıb. Bu, energetika sektoru üçün çox ciddi siqnaldır.
AZƏRTAC xəbər verir ki, bu sözləri jurnalistlərə müsahibəsində Gürcüstanın Energetika və Su Təminatı üzrə Milli Tənzimləmə Komissiyasının sədri İrina Milorava deyib.
Onun sözlərinə görə, Gürcüstan elektrik enerjisinin idxalını yerli istehsal hesabına azaltmalıdır. Ölkənin energetika sektorunda ən əsas problem idxalın artmasıdır.
“İdxalın həcmi daxili istehsal hesabına azaldılmalıdır. Bu, növbəti illər üçün əsas vəzifə olmalıdır”, - deyə o vurğulayıb.
Məlumat üçün qeyd edək ki, bu ilin yanvar-aprel aylarında Gürcüstan 613,88 milyon kilovat/saat həcmində elektrik enerjisi idxal edib. Bunun da 539,446 milyon kilovat/saatı (87,8 faiz) Azərbaycanın payına düşüb.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.06.2026 [15:20]
Hesabat: May ayında qlobal ərzaq qiymətləri aşağı düşüb
- 05.06.2026 [15:05]
FAO: Qlobal ət tədarükü son altı onillikdə dörd dəfə artıb
- 05.06.2026 [14:53]
Almaniyada yeni rəy sorğusunun nəticələrinə əsasən AfD birinci yerdədir
- 05.06.2026 [14:48]
Kreml: Putin Zelenskinin açıq məktubu barədə məlumatlandırılıb
- 05.06.2026 [14:01]
Ankara aeroportunda təyyarə salonunda yanğın baş verib
- 05.06.2026 [13:29]