Gürcüstan hökumətində kadr dəyişiklikləri olacaq
Tbilisi, 16 avqust, AZƏRTAC
Gürcüstan hökumətində kadr dəyişiklikləri olacaq. Bu məsələ artıq hakim “Gürcü Arzusu - Demokratik Gürcüstan” partiyasında müzakirə olunub.
AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstan mətbuatı yazıb.
Məlumatlara əsasən, hazırkı Daxili İşlər naziri Qeorgi Qaxaria Baş Nazir, hakim “Gürcü Arzusu - Demokratik Gürcüstan” partiyasının siyasi məsələlər üzrə katibi, keçmiş Baş Nazir İrakli Qaribaşvili isə Daxili İşlər naziri təyin olunacaq. Hazırkı Baş Nazir Mamuka Baxtadzenin isə beynəlxalq maliyyə təşkilatlarının birində çalışacağı bildirilir.
Baş Nazir Mamuka Baxtadze dəyişikliklər barədə məlumatları şərh edərkən deyib: “Mən “Gürcü Arzusu” komandasının üzvü olmuşam və olacağam. Biz vahid komandayıq. Dəyişikliklərə gəlincə, bu, təbii prosesdir. Hökumət parlamentə yenilənmiş proqram təqdim edəcək və dəyişikliklər həmin proqramdan asılı olacaq. Biz nəticələrə hədəflənmişik. 2020-ci il seçkiləri ilə bağlı parlamentə proqram təqdim olunacaq. İstənilən kadr dəyişikliyi həmin proqrama əsasən həyata keçiriləcək”.
Qeyd edək ki, parlamentdə çoxluğu təşkil edən fraksiyanın lideri Gia Volski hökumətdə dəyişikliklərin olacağını istisna etməyib.
Bəzi məlumatlara görə, hökumətdə kadr dəyişiklikləri yaxın bir ay ərzində baş verəcək.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [21:11]
ABŞ Prezidenti: İranla müqavilənin sabah imzalanması planlaşdırılır
- 13.06.2026 [20:21]
On il sonra Almaniyada 4,3 milyon işçiyə ehtiyac yarana bilər
- 13.06.2026 [19:59]
Rəsmi Kiyev: Ukrayna heç vaxt bioloji silah hazırlamayıb
- 13.06.2026 [17:01]
Ukrayna Müdafiə Qüvvələri Rusiyanın bir sıra obyektlərinə zərbələr endirib
- 13.06.2026 [16:40]
Kipr Türk Tarix Cəmiyyəti 63 ildən sonra yenidən qurulub
- 13.06.2026 [16:37]
Oman sahilləri yaxınlığında tanker gəmisinə mərmi dəyib
- 13.06.2026 [16:29]
Media: İlon Maskın pullarını saymaq üçün 31 min 700 il lazımdır
- 13.06.2026 [15:17]