Gürcüstanda orta məktəblərin sayı azalıb
Tbilisi, 17 dekabr, AZƏRTAC
Cari tədris ilinin əvvəlində Gürcüstanda 2294 orta məktəb fəaliyyət göstərib. Ötən il isə bu rəqəm 2296 olub. Bu da ölkədə orta məktəblərin sayının azaldığını göstərir.
AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstan Milli Statistika Xidməti məlumat yayıb. Bildirilir ki, hazırda Gürcüstanda 2086 dövlət məktəbi, 208 özəl məktəb var. Regionlar üzrə ən çox məktəblər İmeretidə yerləşir. Belə ki, ümumi məktəblərin 17,1 faizi bu bölgədə fəaliyyət göstərir. Bununla belə, məktəblilərin sayına görə Tbilisi liderdir - 35,8 faiz. 2024-2025-ci tədris ilində Gürcüstan məktəblərində 640,7 minə yaxın şagird təhsil alır ki, bu da ötən illə müqayisədə 1 faiz çoxdur. Şagirdlərin ümumi sayının 48,3 faizini qızlar, 51,7 faizini oğlanlar təşkil edir.
Cari ildə 41,7 min şagird məktəbi bitirib ki, bu da ötən illə müqayisədə 11,8 faiz azdır. Məlumata görə, 2024-2025-ci tədris ilinin əvvəlinə ölkə məktəblərində 66 mindən çox müəllim çalışıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,7 faiz çoxdur. Müəllimlərin 87,5 faizini qadınlar, 12,5 faizini isə kişilər təşkil edir.
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 17.10.2026 [18:57]
Fransada qarşıdurmalar baş verib, saxlanılanlar var
- 17.10.2026 [18:11]
Hörmüz boğazında daha bir tanker minaya düşüb
- 17.10.2026 [14:25]
Fransada sosial etirazlar: Paris və digər şəhərlərdə toqquşmalar baş verib
- 17.10.2026 [09:54]
“Apple” “iPhone Duo”nun çatdırılmasını 2027-ci ilin yanvarına təxirə salıb
Bu saata olan əsas xəbərlər
- [12:01]
Birjalarda neft bahalaşıb
- [10:44]
Qızıl və gümüş bahalaşıb
- [10:42]
Bu gün Füzuli Şəhəri Günüdür
- [08:30]
YAP İdarə Heyətinin iclası olub
- [01:05]
Tramp: ABŞ-nin İranla müharibəsi gözləniləndən daha tez başa çatacaq
- 16.10.2026 [23:51]
Qazaxda qarşıda duran əsas vəzifələr müzakirə edilib
- 16.10.2026 [23:39]
Azərbaycanın mina probleminə dair bu dəfə Xorvatiyada aksiya təşkil olunub
- 16.10.2026 [23:18]
Azərbaycan ağırlıqqaldıranı Avropa birinciliyində üç bürünc medal qazanıb
- 16.10.2026 [22:43]
Britaniya ordusunun rəhbəri müharibə təhlükəsi ilə bağlı xəbərdarlıq edib
- 16.10.2026 [21:56]
“Vaqif” operası – Ramiz Mustafayevin zəngin sənət irsinə ehtiram
- 16.10.2026 [21:38]
BMT: Ukraynada sentyabrda mülki əhali arasında itkilər 85 faiz artıb
- 16.10.2026 [21:26]
Salyanda YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub
- 16.10.2026 [21:06]
Premyer Liqa: "Sumqayıt" ardıcıl ikinci qələbəsini qazanıb
- 16.10.2026 [21:04]
Balakəndə müstəqilliyin bərpasının 35-ci ildönümü qeyd edilib
- 16.10.2026 [21:00]