Gürcüstanda parlament seçkilərinə ciddi hazırlıq gedir
Tbilisi, 15 iyul, AZƏRTAC
Gürcüstanda bu ilin oktyabrın 31-də keçiriləcək parlament seçkilərinə ciddi hazırlıq gedir.
Artıq parlamentdə təmsil olunmayan 68 siyasi partiya seçkilərdə iştirak etmək üçün Mərkəzi Seçki Komissiyasına (MSK) müraciət edib.
Bu barədə AZƏRTAC-a Gürcüstan MSK-dan məlumat verilib.
Bildirilib ki, parlamentdə təmsil olunmayan siyasi partiyaların seçkilərdə iştirakla bağlı müraciət vaxtı iyulun 15-də başa çatır. Bu günədək 68 siyasi partiya MSK-ya müraciət edib. Onlardan 14-ü qeydiyyata alınıb, bir partiyanın sənədləri geri qaytarılıb.
MSK-dan onu bildiriblər ki, parlamentdə təmsil olunan siyasi partiyaların qeydiyyatı isə seçkilərə 57 gün qalmış başa çatır.
Seçkilərdə iştirak edəcək siyasi partiya və blokların tam siyahısı seçkilərə 30 gün qalmış, oktyabrın 2-də elan olunacaq.
Qeyd edək ki, Gürcüstanda parlament seçkiləri bu il qarışıq sistem əsasında keçiriləcək. Parlamentin 150 deputatından 30-u majoritar, 120-si isə proprosional (partiya siyahısı üzrə) seçiləcək.
Seçicilərin 1 faizinin səsini qazanan siyasi partiya parlamentdə təmin olunma hüququ qazanacaq.
Məlumat üçün xatırladaq ki, bundan əvvəlki seçkilərdə deputatların 77 nəfəri proporsional, 73 nəfəri isə majoritar sistem üzrə seçilmişdi.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [11:41]
BMT-nin Baş katibi Pakistanda səfərdədir
- 06.10.2026 [11:33]
Yəməndə döyüşlər 184 mindən çox insanı didərgin salıb
- 06.10.2026 [10:51]
Moskva vilayətinə dron hücumları nəticəsində ölən və yaralananlar var
- 06.10.2026 [10:25]
Pakistanda poliomielitə yoluxanların sayı artır
Dünya bazarında qızıl ucuzlaşıb
- [08:37]
Türkiyədə təyyarədə bomba olması barədə həyəcan siqnalı daxil olub
- 05.10.2026 [23:42]
Nərimanovda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib
- 05.10.2026 [23:25]
Lənkəranda idarəetmədən çıxan avtomobil kanala aşıb
- 05.10.2026 [23:06]
Şimal-qərb bölgəsinin bir qrup təhsil işçisi təltif olunub
- 05.10.2026 [22:54]
Ərdəbil Moqan Honar Teatrı V Şəki Beynəlxalq Teatr Festivalında çıxış edib
- 05.10.2026 [22:41]
Tovuzda ata oğlunu bıçaqlayıb
- 05.10.2026 [22:26]
Şəhid xanımlarının təhsilinə dəstək məqsədilə yeni imkanlar yaradılır
- 05.10.2026 [21:52]