Gürcüstanda yanacağın qiymətinin artım səbəbləri açıqlanıb
Tbilisi, 24 iyul, AZƏRTAC
Gürcüstanda avtomobil yanacağının qiymətinin artımı bir neçə amillə bağlıdır. Yanacağın qiymətinin bir az da artacağı isə istisna edilmir.
AZƏRTAC xəbər verir ki, bu sözləri “Wissol Group” şirkətinin təsisçisi Soso Pxakadze deyib.
Onun sözlərinə görə, son günlər Gürcüstanda yanacağın qiymətinin bahalaşmasının əsas səbəblərindən biri dünya bazarlarındakı qiymət artımıdır. Digər başlıca səbəb isə Gürcüstan milli valyutası larinin (GEL) dəyərinin düşməsidir.
S.Pxakadze deyib: “Biz dünya bazarından dollarla aldığımız yanacağı Gürcüstanda milli valyuta isə satırıq. GEL-in dollar qarşısında ucuzlaşması müəyyən problemlər yaradır. Larinin ucuzlaşması nəticəsində biz də yanacağın qiymətini artırmağa məcbur oluruq. Yalnız bu yolla itkiləri sıfıra endirə və yeni yanacaq ala bilərik”.
Neft mütəxəssisləri və Gürcüstanın iqtisadçı ekspertləri yaxın günlərdə ölkədə yanacağın və gündəlik tələbat mallarının qiymətinin yenidən artacağını istisna etmirlər.
Məlumat üçün qeyd edək ki, Gürcüstan Milli Bankının müəyyən etdiyi kursa əsasən ölkədə 1 ABŞ dolları 2,8971 GEL-ə dəyişdirilir. Gürcüstanın kommersiya banklarında isə mənzərə tamam başqadır. “Gürcüstan Bankı”nda 1 dollar 2,955 lariyə, 1 avro 3,316 lariyə, “TBC bank”da isə 1 dollar 2,945 lariyə, 1 avro isə 3,29 lariyə dəyişdirilir.
İqtisadçıların fikrincə, Gürcüstan milli valyutasının ucuzlaşması və qiymət artımı davam edəcək.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [13:35]
Ankara yunan Kipri ilə Fransa arasında hərbi sazişi pisləyib
- 11.06.2026 [13:25]
Şimali İrlandiyada iğtişaşlar zamanı 12 polis yaralanıb
- 11.06.2026 [13:13]
Birləşmiş Ştatların sutkalıq neft hasilatı artır
- 11.06.2026 [13:11]
Rusiya məhkəməsi Azərbaycanın beynəlxalq axtarışa verdiyi şəxsi həbs edib
- 11.06.2026 [12:29]
ABŞ-nin neft ehtiyatları azalıb
- 11.06.2026 [12:17]
Fransadakı alman bunkerləri baxımsız qalıb
- 11.06.2026 [12:07]
Hind okeanında ən dərin və geniş balina “məzarlığı” aşkar edilib
- 11.06.2026 [12:04]
Oman sahillərində tankerdə yanğın baş verib
- 11.06.2026 [12:00]