Gürcüstanda yerli özünüidarəetmə orqanlarına keçirilən seçkilərin ikinci turu başa çatıb
Tbilisi, 30 oktyabr, AZƏRTAC
Gürcüstanda yerli özünüidarəetmə orqanlarına keçirilən seçkilərin ikinci turu başa çatıb.
AZƏRTAC xəbər verir ki, ikinci tur paytaxt Tbilisi də daxil olmaqla 5 şəhərdə, 15 bələdiyyəni əhatə edən 24 seçki dairəsində təşkil olunub.
Gürcüstan Mərkəzi Seçki Komissiyasından bildirilir ki, səsvermə 24 dairə seçki komissiyası üzrə 1830 seçki məntəqəsi, o cümlədən 29 xüsusi seçki məntəqəsində təşkil olunub.
Saat 20:00-da səsvermə başa çatıb və bütün məntəqələr bağlanıb. Artıq bütün dairə və məntəqələr üzrə səslərin hesablanmasına başlanılıb.
MSK-nın saat 17:00-a olan məlumatına əsasən, Gürcüstan üzrə seçici fəallığı 39,5 faiz, Tbilisidə isə 38,7 faiz təşkil edib.
Səsvermə baş tutmuş hesab olunur.
Qeyd edək ki, Gürcüstan ictimaiyyətinin əsas diqqəti Tbilisinin mer seçkilərinə yönəlib. Şəhər meri kürsüsü uğrunda həlledici mübarizə hakim Gürcü Arzusu Partiyasının namizədi Kaxa Kaldze və Vahid Milli Hərəkat Partiyasından Nika Meliya arasında gedir.
Səsvermənin oktyabrın 2-də keçirilmiş birinci turunda K.Kaladze 45 faiz, N.Meliya isə 34 faiz səs toplamışdı.
Gürcüstan vətəndaşları Tbilisi ilə yanaşı, Kutaisi, Batumi, Qori və Rustavi şəhərlərində də mer seçiblər.
Seçki qanunvericiliyinə əsasən, ikinci turda 50 faizlik baryerin keçilməsi tələb olunmur, rəqibindən daha çox səs əldə edəcək namizəd qalib gələcək.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [21:11]
ABŞ Prezidenti: İranla müqavilənin sabah imzalanması planlaşdırılır
- 13.06.2026 [20:21]
On il sonra Almaniyada 4,3 milyon işçiyə ehtiyac yarana bilər
- 13.06.2026 [19:59]
Rəsmi Kiyev: Ukrayna heç vaxt bioloji silah hazırlamayıb
- 13.06.2026 [17:01]
Ukrayna Müdafiə Qüvvələri Rusiyanın bir sıra obyektlərinə zərbələr endirib
- 13.06.2026 [16:40]
Kipr Türk Tarix Cəmiyyəti 63 ildən sonra yenidən qurulub
- 13.06.2026 [16:37]
Oman sahilləri yaxınlığında tanker gəmisinə mərmi dəyib
- 13.06.2026 [16:29]
Media: İlon Maskın pullarını saymaq üçün 31 min 700 il lazımdır
- 13.06.2026 [15:17]