Gürcüstanın turizm gəlirləri xeyli azalıb
Tbilisi, 16 avqust, AZƏRTAC
Gürcüstanın turizmdən gəlirləri iyul ayında xeyli azalıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstan Milli Bankının illik hesabatında bildirilib.
Hesabatda deyilir ki, cari ilin yanvar-iyul aylarında Gürcüstan turizmdən 1 milyard 830,7 milyon dollar qazanc əldə edib. Ən çox gəlir 374,7 milyon dollarla iyul ayında olub. Bununla belə bu göstərici illik müqayisədə 57,8 milyon dollar və ya 13,3 faiz azdır.
Gürcüstanın turizmdən ən az gəliri yanvar ayında qeydə alınıb. Yanvar ayında qonşu ölkə turizmdən 164,5 milyon dollar əldə edib. Lakin bəzi analitiklər və siyasətçilər turizmdən gəlirlərin daha çox azaldığını iddia edirlər.
Gürcüstan parlamentinin sabiq sədri Nino Burcanadze hesab edir ki, turizmdən gələn gəlirlərin miqdarı 10 dəfədən çox azalıb. İndiki hakimiyyət bu itkiləri az göstərməklə ictimaiyyəti aldadır.
İqtisadçı ekspertlər də hökuməti iqtisadi göstəriciləri süni olaraq artırmaqda günahlandırırlar.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [21:11]
ABŞ Prezidenti: İranla müqavilənin sabah imzalanması planlaşdırılır
- 13.06.2026 [20:21]
On il sonra Almaniyada 4,3 milyon işçiyə ehtiyac yarana bilər
- 13.06.2026 [19:59]
Rəsmi Kiyev: Ukrayna heç vaxt bioloji silah hazırlamayıb
- 13.06.2026 [17:01]
Ukrayna Müdafiə Qüvvələri Rusiyanın bir sıra obyektlərinə zərbələr endirib
- 13.06.2026 [16:40]
Kipr Türk Tarix Cəmiyyəti 63 ildən sonra yenidən qurulub
- 13.06.2026 [16:37]
Oman sahilləri yaxınlığında tanker gəmisinə mərmi dəyib
- 13.06.2026 [16:29]
Media: İlon Maskın pullarını saymaq üçün 31 min 700 il lazımdır
- 13.06.2026 [15:17]