Hacı Zeynalabdin Tağıyevin ev-muzeyinə virtual ekskursiya
Bakı, 12 aprel, AZƏRTAC
Milli Azərbaycan Tarixi Muzeyində “Elmi macəralar saatı” layihəsi çərçivəsində “Uşaqlar gələcəyimizdir!” platforması nəzdində Azərbaycanın bütün bölgələrindən olan məktəblilər üçün Hacı Zeynalabdin Tağıyevin ev-muzeyinə virtual ekskursiya təşkil edilib.
Bu barədə AZƏRTAC-a muzeydən məlumat verilib. Bildirilib ki, layihənin məqsədi uşaq və yeniyetmələrin mədəni asudə vaxtının səmərəli təşkilində muzeylərin geniş fəaliyyət ənənələrinin, tarixi təcrübəsinin önəmini göstərməkdir. Uşaqları fəal yaradıcılığa, tədqiqat işinə, axtarışlara yönəltməkdir.
Ekskursiya platformanın rəhbəri, İstanbul Universitetinin doktorantı Sənan Əzimovun təşəbbüsü ilə həyata keçirilib.
Layihənin müəllifi və təşkilatçısı, muzeyin Elmi-kütləvi iş və təhsil şöbəsinin əməkdaşı Qənirə Qafarlı muzeyin tarixi, yerləşdiyi tarixi bina, strukturu, ekspozisiyası, fondları haqqında ətraflı məlumat verib, gənc nəslə milli irsimizin təbliği və sevdirilməsi mövzusunda danışıb.
Sonra Elmi maarifləndirmə və ekskursiyalar şöbəsinin əməkdaşı Xədicə Hüseynovanın təqdimatında “Hacı Zeynalabdin Tağıyevin xatirə muzeyi”nə virtual ekskursiya keçirilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
Bu gün Ümumdünya Poçt Günüdür
- [09:37]
ABŞ İran neftinə görə 17 gəmi və şirkətə sanksiya tətbiq edib
- 08.10.2026 [23:36]
Azərbaycan parataekvondoçusu Paris Qran-Prisində gümüş medal qazanıb
- 08.10.2026 [23:03]
Aktau limanı konteyner daşımaları üzrə yeni rekord müəyyənləşdirib
- 08.10.2026 [21:37]
Tramp: ABŞ noyabrın 3-dək İrana hücum etməyəcək
- 08.10.2026 [20:39]
Moskva vilayətinə PUA hücumu nəticəsində bir nəfər ölüb
- 08.10.2026 [20:09]
Bu saata olan əsas xəbərlər
- 08.10.2026 [20:00]
Bakıda Beynəlxalq Akustika Mühəndisliyi Forumu işə başlayıb
- 08.10.2026 [19:43]
Rusiya Şimal-Cənub marşrutunun əhəmiyyətini yüksək qiymətləndirir
- 08.10.2026 [19:24]
Keniya mediası Azərbaycan ilə əməkdaşlığın inkişafına diqqət çəkib
- 08.10.2026 [19:20]
Bakı Təşəbbüs Qrupu Fransada davam edən etirazlarla bağlı bəyanat yayıb
- 08.10.2026 [19:18]
Azərbaycan Milli İncəsənət Muzeyində “Əksetmə” adlı fotosərgi açılıb
- 08.10.2026 [19:02]
Azərbaycanın Mərkəzi Asiya ilə yeni strateji xəritəsi - ŞƏRH
- 08.10.2026 [19:01]
Böyük Britaniyanın Baş naziri Almaniyada səfərdədir
- 08.10.2026 [18:52]
Şəmkirdə bazarda nöqsanlar aşkarlanıb
- 08.10.2026 [18:51]
NASA-nın “Crew-12” heyəti 237 günlük kosmik missiyadan sonra Yerə qayıdır
- 08.10.2026 [18:49]
Neft qiymətləri yenidən kəskin yüksəlib
- 08.10.2026 [18:35]
Bəzi informasiya sistemlərinə qarşı kibertəhlükələr müəyyən edilib
- 08.10.2026 [18:22]
Leysan olacaq, dolu düşəcək, dağlıq ərazilərə qar yağacaq - XƏBƏRDARLIQ
- 08.10.2026 [18:18]