Azərbaycan Dövlət İnformasiya Agentliyi

REGİONLAR

Haramı düzü taxıl mövsümünə hazırlaşır - REPORTAJ

Kənd Təsərrüfatı Nazirliyi və AZƏRTAC-ın birgə layihəsi: “Kəndbəkənd”

Bakı, 15 mart, AZƏRTAC

AZƏRTAC aqrar ekspert Nicat Nəsirlinin taxıl mövsümündə Haramı düzündə görülən işlərlə bağlı məqaləsini təqdim edir.

Bu yerlərdə mövsümün təsərrüfat qayğıları çoxdan başlayıb. Qışın mülayim keçməsi torpaq adamlarını sahələrə vaxtından əvvəl çıxmağa vadar edib. Taxıl sahələrində, meyvə ağaclarında oyanma, vegetativ inkişaf gedir. Deyirlər ki, təbiətin bu cür siqnallarına öyrəşiblər, işə sahələrə aqrotexniki qaydalara uyğun olaraq yemləmə gübrələrinin verilməsi ilə başlayıblar. Həmsöhbətlərim ürəkağrısı ilə danışırdılar ki, bu gün Füzulinin ən bərəkətli torpaqları işğaldadır, “yoxsa, görərdiniz rayon yenə qaynayır”.

Bu ilin məhsulu üçün rayonda 28 min 275 hektarda buğda, 8475 hektar arpa, 150 hektarda xəsil əkilib. Ümumi əkin dövriyyəsi 36 min 900 hektarı əhatə edir.

Əvvəlcə, yolumuzu vaxtilə “Azərbaycanın Qazaxıstanı” adını almış Haramı düzündən saldıq. Qələbəlik idi, onlarla texnika qışlama dövrünü başa çatdırmış bitkilərə yemləmə gübrələri verir, işçi heyət isə ərazidə yayılmış siçanabənzər gəmiricilərə qarşı mübarizə tədbirləri aparırdılar. Dəmyə əkinçiliyinin hakim olduğu Haramı düzü Füzuli ilə yanaşı, Beyləqanın böyük bir hissəsini əhatə edir, burada iri təsərrüfatlar son illər böyük uğurlara imza atır.

“Natural-Aqro” MMC-nin 2700 hektar ərazisi var, onun 1800 hektarında payızlıq taxıl əkilib, qalan hissəsində isə yazlıq bitkilər səpiləcək. Hazırda təsərrüfatın ərazisində yemləmə, ziyanvericilərlə və alaq otlarına qarşı mübarizə aparılır. Bu il yağıntıların az düşməsi riskini müasir suvarma sisteminin tətbiqi ilə aradan qaldıracaqlar. Aqronom Qurban İmranov deyir: “İlkin proqnozumuz hektardan 35 sentner götürməkdir. Şükür, havalar imkan verir ki, aqrotexniki tədbirləri optimal vaxtda başa çatdıraq. Hələ noyabrdan ziyanvericilərə qarşı mübarizəyə başlamışıq. Yazlıq əkinlər üçün hazırlıqlarımız başa çatıb, martın 30-dan qarğıdalı səpininə başlayacağıq. Haramı torpağı ağır torpaqlardır, tərkibi qumlu-gilli olduğu üçün drenaj kanallarının qazılması, mineral gübrələrdən normalara uyğun istifadə olunması vacibdir. Ötən ildən üzvi gübrələrdən də istifadə etməyə başlamışıq, hektara 20-30 ton verilib, bu da torpaqlarda minerallaşmanı təmin edəcək. Dövlət dəstəyi təsərrüfatın inkişafında mühüm rol oynayır”.

Haramı düzündə intensiv metodlara əsaslanaraq əkin aparan digər şirkət isə “Kraunko” MMC-dir. Uzun illərdir “ilan mələşən” çölü “çörək təknəsi”nə çevirmiş kollektiv bu il sahələrini 11 min hektara çatdırıb. Təsərrüfatın rəhbəri Hətəm Həsənov mövsümü belə qiymətləndirir: “Təsərrüfatımızın rayon iqtisadiyyatında əhəmiyyəti böyükdür. Sahələrimizdə yüzlərlə sakin ilboyu çalışır. Taxıl müqəddəs bitkidir, bu il də bizi çətin vəziyyətdə qoymayacaq, yüksək məhsuldarlıq gözləyirik. Son günlər Haramıda taxıl hafı geniş yayılıb, hazırda ona qarşı mübarizə aparırıq. Əkinlərimizin çox hissəsi düşmənlə təmas xəttində yerləşir, elə yerlər var ki, 300-400 metr məsafədədir. Lakin düşmən bizi qorxutmur, torpağa sevgimizi göstəririk ki, ata-baba yurdumuza bağlı olduğumuzu başa düşsünlər”.

Rayonun böyük hissəsi işğalda olduğu üçün əkin sahələri dağınıq ərazilərdə yerləşir. Ona görə də ən ağır məsuliyyət rayon bitki mühafizə mərkəzi əməkdaşlarının üzərinə düşür. Bütün əraziləri gəzir, xəstəlik, zərərvericilərin hərəkətini müşahidə edir, vaxtında qarşısının alınması üçün fermerlər arasında maarifləndirmə işləri aparırlar. Sahələrdə müşahidələr apararkən rayon bitki mühafizə mərkəzinin rəisi Mənsur Əliyevlə görüşdük: “Bu il 6 min hektardan çox ərazidə siçanabənzər gəmiricilərə qarşı mübarizə aparılıb, indi isə alaq otlarına qarşı mübarizə tədbirlərinə kömək edirik. Hələlik rayon üzrə 5 min hektarda alaq otları təmizlənib. Bu il qış mövsümü quraq keçdiyinə görə taxıl üçün təhlükələr də artıb. Müşahidələrimiz təmas xəttinə yaxın - 500 metrə qədər olan əraziləri də əhatə edir”. Rayon bitki mühafizə mərkəzinin baş mütəxəssisi Rəhman Rüstəmov: “Ən ciddi problemimiz də budur, ermənilər işğal etdikləri ərazilərimizdə heç bir mübarizə tədbirləri aparmırlar, nəticədə mövsüm başlayan kimi təmas xəttinin o tərəfindən gəmiricilər əkinlərə cumurlar. Çalışırıq ki, bu barədə fermerləri vaxtında xəbərdar edək. Bizim müşahidə obyektimiz təkcə taxıl bitkiləri deyil, Füzulidə əhalinin əsas məşğuliyyəti sırasında yem bitkiləri, tərəvəzçilik və digər sahələr də var. Bu sahələrin də mühafizəsi bizim üzərimizdədir”.

Ərazini gəzərkən atəş səsləri aydın eşidilir, torpaq adamlarının fəallığını kənardan görən düşmən ara-sıra atəş açmaqla fasilələr yaratmağa, əmək insanlarını qorxutmağa çalışır. Amma hər kəs düşmənin niyyətini bildiyi üçün soyuqqanlılıq nümayiş etdirir. Mexanizatorlarla görüşdük, dedilər ki, daha əvvəlki vəziyyət deyil, Lələtəpədə dayanan əsgərlərimiz düşmənin istənilən atəşinə layiqli cavab verərək onları susdururlar. “Bu cür hərbə-zorbalar bizi qorxuda bilməz”, - deyən mexanizator Tofiq Quliyev bildirir ki, beş gündür 50 hektar sahənin yemləmə gübrəsini səpirlər: “Traktorlarımızla düşmən postunun 300 metrliyinə qədər gedib çıxırıq, ötən il bir texnikamız minaya düşdü, ondan sonra ayıq-sayıqlığımızı bir az da artırmışıq”.

Mexanizator Hümbət Əsədov isə deyir ki, Beyləqan sakini olsa da, artıq 8 ildir Haramı düzündəki təsərrüfatda çalışır. “Öz torpağımızda ermənidən qorxmaq nə deməkdir? Ağlımıza belə gətirmirik! Əsas odur ki, işdə fasilə yaranmasın, texnikalarımız boş dayanmasın”, - deyə o vurğulayır.

Rayonda gedən əkin, aqrotexniki qulluq tədbirlərə Füzuli Dövlət Aqrar İnkişaf Mərkəzinin bütün əməkdaşları cəlb olunub. Mərkəzin direktoru Hüseyn Abbasov özü cəbhə xəttinə yaxın kəndlərdə idi, müavini Elgün Gəraylı isə Haramı düzünün monitorinqini aparırdı. O, yaz qulluq işlərinin günün tələbləri səviyyəsində aparıldığını söyləyir: “Proses başlamamış yerli aqrolizinqin anbarında gübrə ehtiyatı yaradılıb, əkin altında olan bütün sahələr üçün 1 hektara 150 kiloqram azot gübrəsi norması təmin edilib. Səpin vaxtı şumaltı gübrələrdən və dəmyə şəraitinə dözümlü toxum sortlarından istifadə olunub. Bu gün rayonda 70 mindən çox insan məskunlaşıb, son illər torpağa münasibət ciddi şəkildə dəyişib, hamı əkib-biçmək istəyir ki, bu da bizi qürurlandırır. Hər gün sahələri gəzirik, fermerlərə lazımi məsləhətləri veririk, artıq aprel ayında gözlənilən Mərakeş çəyirtkələrinin hücumu ilə bağlı monitorinqlər aparır, mübarizə vasitələrini müəyyən edirik. Şənbə-bazar günləri də daxil olmaqla, fasiləsiz iş rejimi elan etmişik. Hər il olduğu kimi, bu ildə Füzuli nəticələrinə görə lider rayonlar sırasında olacaq. Çalışacağıq ki, ölkəmizin çörəyini qoruyaq, itirməyək”.

Rayonda hər il yüz min tondan artıq taxıl məhsulları istehsal olunur, orta məhsuldarlıq 30 sentner təşkil edir. Araz çayı əsas su mənbəyi sayılır, rayon ərazisində 23 min 737 hektar sahəni suvaran 53 nasos stansiyası, 3600 hektarı suvaran 151 artezian quyusu, 260 kilometrlik kollektor şəbəkəsi aktiv vəziyyətdədir. Fərdi təsərrüfatlarda 36 min 418 baş iribuynuzlu, 138 min 545 baş xırdabuynuzlu, 370 min baş quş bəslənir. Yerli aqrolizinq filialından bildirdilər ki, bu il biçin mövsümü tez başlayacağından 52 ədəd kombayn işlək vəziyyətə gətirilib.

“Torpağı əkib becərmək, onu qorumaq qədər vacibdir”. Bu cəbhəyanı rayonda olduğumuz günlərdə ən çox eşitdiyimiz zərb-məsəl oldu. Başa düşdük ki, bu tezis ümumrayon işlək sözünə çevrilməklə barıtqoxulu rayonda torpaq adamları üçün dərin psixoloji məna ifadə edir. Yerli sakinlər bildirdilər ki, biçin vaxtı gəlsəniz, bu mənanı əməli ifadədə daha aydın görə bilərsiniz...

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Mançester Yunayted” Premyer Liqada tarixinin ən pis göstəricisini əldə edib

Türkiyənin bir sıra rayonlarında təkrar bələdiyyə seçkiləri keçiriləcək

Superliqa: “Fənərbağça” səfərdə vacib xal itirib

Azərbaycanlı tələbələrin filmləri Qazaxıstanda mükafat alıb

Türkiyə Prezidenti: İraqın şimalında və Suriyada PKK-ya qarşı əməliyyatlar aparılacaq

Fransada antisemitizm hadisələri 4 dəfə artıb

Britaniya Müdafiə Nazirliyinin serverlərinə kiberhücum olub, məlumatlar oğurlanıb

Aİ Rusiya aktivlərindən əldə olunan gəlirin 90 faizini Kiyevin hərbi ehtiyaclarına istifadə etməyə razılaşıb

Bakıdakı Rus evində Ulu Öndər Heydər Əliyevin doğum günü münasibətilə konsert keçiriləcək

Çadda prezident seçkilərində silahlı toqquşmalar baş verib, ölənlər var

İsrail Rəfahda əməliyyatı davam etdirməyə qərar verib

Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi endirilib

Şolts: 35 min Alman hərbçisi müttəfiqlərinə kömək etməyə hazırdır

Media: Qəzzada atəşkəs təklifi üç həll mərhələsini əhatə edir

Qızlar arasında voleybol üzrə muxtar respublika turnirinə start verilib

Qubanın bir sıra kəndlərində mədəniyyət müəssisələrinə baxış keçirilib

Ərdoğan: Türkiyə HƏMAS-ın atəşkəs təklifi ilə razılaşmasını alqışlayır

Premyer Liqa: “Qəbələ” “Səbail”i məğlub edib

“Azərbaycanım” beynəlxalq rəsm festivalı çərçivəsində elan olunmuş müsabiqənin yekun sərgiləri açılacaq

Müdafiə naziri: Ankaradan Türkiyə ordusuna bənzər orduların yaradılmasına kömək etmək xahiş olunur

Yağış Kürdəmirdə fəsadlar törədib

HƏMAS vasitəçilərin Qəzzada atəşkəs təklifi ilə razılaşıb

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlıq gündəliyinin əsas istiqamətləri müzakirə olunub

Cüdo üzrə muxtar respublika turnirinin qalibləri məlum olub

COST fəaliyyəti üzrə təşkil edilən tədbirlər müsbət nəticələr verir

Kino Agentliyi “Qızılalma” festivalında mükafata layiq görülüb

Naxçıvanda Yeni Azərbaycan Partiyası veteranlarının gənclərlə görüşü keçirilib

Türkiyənin Milli Müdafiə Universitetinin nümayəndə heyəti Azərbaycanda səfərdədir

Azərbaycanın ev sahibliyi edəcəyi COP29 qlobal sülhə də töhfə verəcək

Minskdə Sovet İttifaqı Qəhrəmanı Nəcəfqulu Rəfiyevin xatirəsi anılıb

Britaniya telekanalında Azərbaycanla bağlı sənədli film göstərilib

Xəbərdarlıq: Paytaxtda şimal-qərb küləyinin sürəti arabir 23-25 metrə çatacaq

® Onlayn ticarət platformasının bazarda peyda olması iqtisadiyyata necə təsir edir?

Slovakiyanın Baş naziri Azərbaycana rəsmi səfərə gəlib

İraq və Suriyanın şimalında 23 terrorçu zərərsizləşdirilib

Faktiki hava: Xəzər dənizində dalğanın hündürlüyü 3.4 metrə çatıb

Azərbaycan klubu daha iki basketbolçu ilə vidalaşıb

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Özbəkistanın Dövlət Tibbi Sığorta Fondu ilə əməkdaşlıq edəcək

ADAU-da it və pişiklərdə sistematik göz müayinəsi və xəstəlik nümunələri mövzusunda seminar keçirilib

İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyasının növbəti iclası Milli Məclisdə keçirilib

“Dərnəgül-Həzi Aslanov” marşrutu üzrə hərəkət edən qatarda nasazlıq yaranıb

Azərbaycan futzal millisi FIFA-nın ilk dəfə açıqladığı reytinqdə 29-cu olub

® “Unibank” kredit faizini aşağı salıb, kredit məbləğini və müddətini artırıb

Doğuş prosesi təcili tibbi yardım avtomobilində gerçəkləşib

Hazırda ABŞ və bəzi Qərb dövlətlərinin maraqlarının təmin edilməsi üçün Ermənistan əlverişli platformadır - RƏY

Laçında müntəzəm marşrut xətləri açılıb - EKSKLÜZİV

Bu il “Xarıbülbül” festivalı Şuşa və Laçında keçiriləcək

Ölkəmizə idxal olunan baytarlıq preparatlarında uyğunsuzluq aşkarlanıb

Dövlət Komitəsinin sədri Yevlaxda vətəndaşların müraciətlərini dinləyəcək

Zemfira Meftahətdinova: Bakının dünyanın “İdman paytaxtı” seçilməsi ən düzgün qərar idi

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 27 may tarixli 97 nömrəli Qərarı ilə təsdiq edilmiş “Kommersiya təşkilatlarının illik maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının təqdim edilməsi və dərc edilməsi Qaydaları”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

DTX-nin əməkdaşları “Heydər zirvəsi”nə yürüş təşkil ediblər

BDU tələbələri üçün imtahan stresinin idarə olunmasına dair təlim

ADA Universiteti: Yüksək səviyyəli ali təhsilin məkanı və beyin mərkəzi

“Məşğulluğa Dəstək Layihəsi” çərçivəsində növbəti ictimai dinləmə Gəncədə keçirilib

Avropa çempionatında Azərbaycanı təmsil edəcək taekvondoçular bəlli olub

Dövlət Komitəsi ilə “Bakcell” arasında memorandum imzalanıb

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

“Vaksinasiyaya dəstək”: Regionlarda immunizasiya kampaniyası davam etdirilir

“Heydər Əliyev Azərbaycan Respublikasının innovativ inkişafının banisidir” – DİA-da elmi seminar

Bağdadda Azərbaycan-İraq əlaqələrinin perspektivləri müzakirə edilib

ADNSU-da Ümummilli Liderə həsr olunmuş respublika elmi konfransı keçirilir

Avropaya gedən iki mininci yük qatarı Çinin şərq limanını tərk edib

Bakı şəhəri dünyanın “İdman Paytaxtı” seçilib

Tanınmış basketbolçu Azərbaycan millisindəki karyerasını bitirir

Dövlət Tərcümə Mərkəzində Gürcüstan poeziyası günləri

Son hadisələr Gürcüstanın növbəti geosiyasi qarşıdurma arenasına çevrilməsinə xidmət edir ŞƏRH

Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə imtahan verəcək namizədlərin nəzərinə

Azərbaycan və Kosta Rika Gimnastika Federasiyaları arasında memorandum imzalanıb

Polşa Ukraynaya qoşun göndərmək niyyətində deyil

Türkiyədə mobil rabitə abonentlərinin sayı ölkə əhalisinin sayını üstələyir

Azərbaycan Mədəniyyət Mərkəzi Özbəkistanda beynəlxalq festivalın sertifikatına layiq görülüb

Apreldə su hövzələrindən 21 min 810 metr uzunluğunda sintetik tor yığışdırılıb

Cənubi Koreyada 2044-cü ilədək işçi qüvvəsi xeyli azalacaq

“AzerGold”un qızıl sikkə kolleksiyaları Birləşmiş Krallıqda nümayiş etdirilib

“Panatinaikos” klubu Fatih Terimlə yollarını ayırır

Gəncə Dövlət Universitetində fənn olimpiadası keçirilib

BDU-da görkəmli dilçi alimin 95 illiyi qeyd olunub

Mingəçevir Dövlət Universitetində günəş enerjisi paneli quraşdırılıb

Rezidenturaya qəbul imtahanının I mərhələsinin nəticələri açıqlanıb: 252 namizəd müsabiqə şərtini ödəyib

® ABB-nin baş sponsorluğu ilə ADA-da keçirilən “Karyera Həftəsi” başa çatıb

“İƏT Beynəlxalq Münasibətlər Akademiyası-2024” öz işinə başlayıb

UNEC-in MBA proqramında yeni ixtisaslaşma açılıb

Dövlət Pantomim Teatrı ölkəmizi Qazaxıstanda beynəlxalq festivalda təmsil edib

“Cabbar Həşimov” tankeri əsaslı təmirdən sonra yenidən istismara qaytarılıb

Ermənistanın Azərbaycanla yeni qarşıdurmalara sürüklənməsi və rəsmi Bakıya siyasi təzyiqlər cəhdi Qərbin çeşidli planlarındandır - RƏY

Mədəniyyət naziri Qubada vətəndaşları qəbul edib

Bakıda Türk Dünyası Ortaq Əlifba Komissiyasının ikinci iclası keçirilib YENİLƏNİB

Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatının İstanbulda keçirilən səhiyyə proqramında təmsil olunur

Azərbaycanın iki güləş hakimi beynəlxalq kateqoriyaya yüksəlib

Bakıda “Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda ənənəvi elmi-praktik konfrans keçirilib VİDEO

Niderlandda Azərbaycan qadınına həsr edilmiş konfrans keçirilib

BMT-nin Meşə Forumunun sessiyası keçirilir

“digital.login” platformasının təkmilləşdirilmiş yeni versiyası istifadəyə verilib

ViaVoice: Fransızların əksəriyyəti Avropa iqtisadiyyatının pisləşəcəyini düşünür

İlahiyyat İnstitutunun “Qonağınız müəllimlərinizdir” layihəsi davam edir

“Pedaqoji Universitetin Gələcək Təhsil Liderləri” müsabiqəsinin yarımfinalı keçirilib

Sabitlik adası Azərbaycanda milli maraqlara uyğun siyasət yürüdülür ŞƏRH

Şotlandiya Milli Partiyasına yeni lider seçilib

Nazir: Ülviyyə Fətəliyevanın Avropa çempionluğu şahmatın inkişafına töhfə verəcək