“Harmsco Europe” şirkətinin nümayəndələri “Ekol Mühəndislik Xidmətləri” QSC-də olmuşlar
Bakı, 4 aprel (AZƏRTAC). Aprelin 4-də Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) “Ekol Mühəndislik Xidmətləri” Qapalı Səhmdar Cəmiyyətində (QSC) çirkab suların filtrasiyası və neftlə çirklənmiş torpaqların təmizlənməsi sahəsində fəaliyyət göstərən ABŞ-nın “Harmsco Europe” şirkətinin nümayəndələri ilə görüş keçirilmişdir.
QSC-dən AZƏRTAC-a bildirmişlər ki, görüşdə müəssisənin baş direktorunun müavini Məzahir Hüseynov qurum haqqında qonaqlara ətraflı məlumat vermişdir.
“Harmsco Europe” şirkətinin nümayəndəsi Andrea Melo bildirmişdir ki, təmsil etdiyi qurum çirkab suların təmizlənməsində istifadə olunan müxtəlif filtrlər istehsal edir və bu sahədə layihələr həyata keçirir, eyni zamanda, çirklənmiş torpaqların təmizlənməsi sahəsində fəaliyyət göstərir.
Görüşdə gələcəkdə ikitərəfli əməkdaşlıq əlaqələrinin yaranması üçün qarşılıqlı araşdırmaların aparılması qərara alınmışdır.
Sonra mövzu ətrafında fikir mübadiləsi aparılmış, növbəti görüşlərdə texniki mütəxəssislər cəlb olunmaqla sənaye axarlarına baxış keçirilməsi və əməkdaşlığın mümkün variantları müəyyən edilməsi müzakirə olunmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [10:37]
Bəzi yerlərdə leysan xarakterli yağış yağır, şimşək çaxır
- 01.10.2026 [17:53]
Sentyabrda orta aylıq temperatur iqlim normasından yuxarı olub
- 01.10.2026 [17:32]
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
- 01.10.2026 [13:27]
Sabah yağış yağacaq, külək güclənəcək
- 30.09.2026 [19:04]
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
- 30.09.2026 [18:31]
Hava şəraiti qeyri-sabit keçəcək, temperatur 5-8 dərəcə enəcək - XƏBƏRDARLIQ
- 30.09.2026 [15:39]
“Kopernik” agentliyi: Arktikada sürətli iqlim dəyişmələri baş verir
- 30.09.2026 [13:04]
Sabah bəzi yerlərdə yağış yağacaq
"ADEX 2026" davam edir
- [11:23]
Xorvatiyada Azərbaycan musiqisi gecəsi təşkil olunub
- 01.10.2026 [23:51]
“Birliyin Gücü – 2026” birgə hərbi təlimi başa çatıb
- 01.10.2026 [23:23]
“ADEX-2026” çərçivəsində beynəlxalq tərəfdaşlarla müzakirələr davam edir
- 01.10.2026 [23:18]
Ayxan Abbasov: Vəziyyətdən çıxmağın yolu Litva ilə oyunda qələbə qazanmaqdır
- 01.10.2026 [22:55]
TDT müdafiə sənayesi rəhbərləri Bakıda görüşüblər
- 01.10.2026 [22:51]
Mahir Emreli: Komanda yaxşı vəziyyətdə deyil
- 01.10.2026 [22:41]
Aqil Qurbanov “ADEX-2026” sərgisində bir sıra görüşlər keçirib
- 01.10.2026 [22:22]