Həftəsonu Opera və Balet Teatrında iki səhnə əsəri izləniləcək
Bakı, 31 yanvar, AZƏRTAC
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında həftəsonu bir opera və bir balet teatrsevərlərin ixtiyarına veriləcək.
AZƏRTAC xəbər verir ki, sənət ocağının səhnəsində fevralın 2-də Cüzeppe Verdinin “Traviata” operası, fevralın 3-də isə Qara Qarayev və Fərəc Qarayevin bəstələri əsasında hazırlanan “Qoyya” birpərdəli baleti izləniləcək.
Xronometrajı üç saat olan “Traviata”nın quruluşçu rejissoru Xalq artisti Cənnət Səlimovadır. Opera Əməkdar artist, teatrın baş dirijoru Əyyub Quliyev tərəfindən idarə ediləcək.
Quruluşçu xoreoqrafı Estoniyanın Əməkdar artisti, Sankt-Peterburq “Dance Opera” balet festivalının bədii rəhbəri, UNESCO yanında Beynəlxalq Rəqs Şurasının üzvü, Beynəlxalq Marius Petipa irsi fondunun prezidenti Vasili Medvedyev olan “Qoyya”da əsas rolları sənət ocağının aparıcı solistləri Cəmilə Kərimova, Timur Oduşev, Makar Ferştandt və Samirə Məmmədova ifa edəcəklər. Xronometrajı 40 dəqiqə olan operanı Əməkdar artist, dirijorların beynəlxalq müsabiqələrinin laureatı Əyyub Quliyev idarə edəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.04.2023 [18:14]
Teatr forumunun vaxtı dəyişdirilib
- 06.04.2023 [21:40]
“Azərbaycan sənədli kino salnaməsi” çərçivəsində növbəti tədbir
- 03.04.2023 [12:47]
Operasevərlər üçün “Bohema” növbəti dəfə
- 03.04.2023 [11:30]
“Jizel” baleti növbəti dəfə səhnədə
- 03.04.2023 [11:22]
Vladivostok teatrı doqquz gün Bakının qonağı olacaq
- 30.03.2023 [14:27]
Muğam Mərkəzinin səhnəsində premyera - “Meyvələrin söhbəti”
- 30.03.2023 [12:19]
Nicat Kazımovun 50 illik yubileyinə həsr olunan sənədli film təqdim olunub
- 29.03.2023 [17:49]