Hərbçilərimiz “Tank biatlonu” müsabiqəsinə hazırlıqlarını davam etdirir
Bakı, 19 avqust, AZƏRTAC
“Beynəlxalq Ordu Oyunları - 2021” yarışları çərçivəsində keçiriləcək “Tank biatlonu” müsabiqəsinə qatılan tankçılarımız hazırlıqlarını davam etdirirlər.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, komandamızın heyəti yarışa qatılacaqları tankların ştat silahlarından yoxlama atışlarını icra ediblər.
Birinci divizionda Belarus, Serbiya və Qazaxıstan komandaları ilə mübarizə aparacaq tankçılarımız ilk yarışa avqustun 24-də başlayacaqlar.