“Hesab.az” portalın 5 yaşı münasibətilə lotereya kampaniyası keçirir
Bakı, 21 aprel, AZƏRTAC
“GoldenPay”a şirkətinə məxsus “Hesab.az” portalı 5 yaşı münasibətilə yeni lotereya kampaniyasına başlayıb. Aprelin 21-dən iyunun 15-dək “Hesab.az”da yeni ödəniş xidməti əlavə edib, minimum 5 AZN-lik ödəniş edən istifadəçilər hədiyyə qazanmaq imkanı əldə edəcəklər.
Portaldan AZƏRTAC-a bildirilib ki, kampaniya çərçivəsində qaliblərə “Samsung Galaxy S6 EDGE”, “Samsung Tab 4”, “5000 AZN” pul mükafatı, “Ipad mini 3 16GB” planşeti, “40 ekran Sharp TV” televizoru və “Naxçıvan-Bakı-Naxçıvan” aviabileti hədiyyə ediləcək.
Lotereyada iştirakçı olmaq üçün qeydiyyatsız ödəniş edən istifadəçilərin “Hesab.az” portalında qeydiyyatdan keçmələri, qeydiyyatdan keçmiş istifadəçilərin isə şəxsi kabinetlərinə daxil olaraq yeni və ya cari ildə heç ödəniş olunmayan xidmətlərə minimum 5 AZN ödəniş etmələri lazımdır. Qeyd edək ki, hər əlavə olunan yeni ödəniş xidmətinə yalnız birinci ödəniş edilərkən lotereya bileti təqdim olunur.
Visa/ Visa Elektron plastik kartları ilə ödəniş edən istifadəçilər isə hər 5 AZN ödəniş üçün 2 bilet əldə edəcəklər. Həmçinin “Hesab.az” tərəfindən əməkdaşlıq etdiyi şirkətlərə təqdim olunan xüsusi promo kod vasitəsilə ödəniş etmiş istifadəçilər də hər 5 AZN ödəniş üçün 2 bilet əldə edəcəklər.
Eyni zamanda, Azərbaycan Dövlət İnformasiya Agentliyi - AZƏRTAC-ın oxucuları “AZETAG” promo kodundan istifadə edərək ödəniş etdikdə lotereya şansları ikiqat artacaq. Bu kod aprelin 30-dək aktivdir.
Lotereyanın nəticələri iyunun 20-də “GoldenPay” ASC-nin baş ofisində 5 nəfərdən ibarət tiraj komissiyası tərəfindən, kompyuter proqram təminatı vasitəsilə müəyyənləşdiriləcək. Qaliblərə bu barədə həmin gün telefon, e-mail və ya yaşadığı ünvana məktub göndərilərək məlumat veriləcək.
Lotereya barədə daha ətraflı məlumatı https://www.hesab.az/Visa linkindən əldə etmək olar.