İQTİSADİYYAT
“Hesab.az” “Qatar Airways” ilə birgə yeni lotereya kampaniyasına başlayıb
Bakı, 21 aprel, AZƏRTAC
“Hesab.az” onlayn ödəmə portalı “Qatar Airways” ilə birgə yeni lotereya kampaniyasına başlayır. Aprelin 21-dən iyunun 15-dək dost və tanışlarını portalda qeydiyyatdan keçməyə dəvət edən hər kəs “Dostunuzu “Hesab.az”a dəvət edin, Amerikanı “Qatar Airways” ilə kəşf edin!” lotereya kampaniyasının iştirakçısına çevriləcəklər.
Portaldan AZƏRTAC-a bildirilib ki, kampaniya çərçivəsində 3 qalibə “Qatar Airways”dən ABŞ-a müxtəlif istiqamətlərə gediş-gəliş aviabileti hədiyyə ediləcək.
Lotereyada iştirak etmək üçün www.hesab.az əvvəl və ya yeni qeydiyyatdan keçmiş istifadəçilər “Dostunu dəvət et” funksiyasından istifadə edərək, xüsusi link vasitəsilə dost və tanışlarını “Hesab.az”da qeydiyyatdan keçməyə dəvət etməlidir. Qaliblər mayın 18-də “GoldenPay” ASC-nin baş ofisində 5 nəfərdən ibarət tiraj komissiyası tərəfindən kompyuter proqram təminatı vasitəsilə müəyyənləşdiriləcək. Qaliblərə bu barədə həmin gün telefon, e-mail və ya yaşadığı ünvana məktub göndərilərək məlumat veriləcək.
Lotereya barədə daha ətraflı məlumatı https://www.hesab.az/qatar linkindən əldə etmək olar.