Hesablama Palatası dövlət müəssisələrinə subsidiyalarla bağlı yeni mexanizmin formalaşdırılmasını təklif edir
Bakı, 11 noyabr, AZƏRTAC
Hesablama Palatası dövlət müəssisələrinə subsidiyalarla bağlı yeni mexanizmin formalaşdırılmasını təklif edir.
Palatadan AZƏRTAC-a bildirilib ki, 2022-ci ilin dövlət büdcəsində iqtisadi təsnifatın “Subsidiyalar” bölməsi üzrə 1 milyard 440,2 milyon manat məbləğində vəsait proqnozlaşdırılıb ki, bu da ötən ilin faktiki icrasından 33,5 faiz çox, cari ilin gözlənilən icrasından isə 11,3 faiz azdır. Qeyd olunan vəsaitin 48,4 faizi dövlət müəssisələri, 5,6 faizi qeyri-dövlət müəssisələri, 46 faizi isə hüquqi şəxslərə digər subsidiyalar üçün nəzərdə tutulub. 2019-2022-ci illər üzrə subsidiyaların strukturuna nəzər saldıqda, dövlət müəssisələrinə subsidiyaların davamlı olaraq artması fonunda qeyri-dövlət müəssisələrinə subsidiyalar əhəmiyyətli azalıb.
Hesablama Palatası öz rəyində dövlət müəssisələrinə ayrılan subsidiyaların nəticəli və effektiv istifadəsinin təmin edilməsi məqsədilə subsidiyaların verilməsi şərtləri, bununla bağlı tələb olunan sənədləri, subsidiya məbləğinin hesablanması üsulları və sair məsələləri tənzimləyən konkret mexanizmin formalaşdırılmasını təklif edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [21:25]
Bakı–Naxçıvan marşrutu üzrə bəzi reyslər hava şəraitinə görə təxirə salınıb
- 13.06.2026 [14:33]
Startaplar üçün müsabiqənin növbəti mərhələsinə start verilib
- 13.06.2026 [10:30]
AZAL Naxçıvana uçuşları bərpa edib
- 12.06.2026 [18:19]