Heybəli adasında baş verən yanğınla əlaqədar əhali təxliyə edilir VİDEO
İstanbul, 21 avqust, AZƏRTAC
İstanbulun Adalar rayonuna aid olan Heybəli adasındakı meşəlik ərazidə baş verən yanğının miqyası genişlənib.
AZƏRTAC xəbər verir ki, əraziyə dörd təyyarə, beş helikopter, çoxlu sayda yanğınsöndürmə briqadası cəlb edilib. Adadan əhalinin gəmilərlə təxliyəsinə başlanılıb. Hazırda yanğının söndürülməsi işləri davam edir.
Heybəli adası İstanbulun Adalar rayonundakı ikinci ən böyük adadır. Adalar rayonu 9 ada və iki qayalıq ərazidən ibarətdir.
Günel Məlikova
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul