HEYDƏR ƏLİYEV ADINA BAKI DƏRİN ÖZÜLLƏR ZAVODU NEFT ÇƏNLƏRİNİN İSTEHSALINA BAŞLAMIŞDIR
Heydər Əliyev adına Bakı dərin özüllər zavodu ilk dəfə olaraq bu müəssisə üçün qeyri-adi sifariş yerinə yetirmişdir. Bu günlərdə zavodda Neft daşları NQÇİ üçün irihəcmli 2 neft çəni istehsal olunmuşdur.
Azərbaycan Respublikası Dövlət Neft Şirkətindən AZƏRTAC-a bildirmişlər ki, çənlərin hər birinin həcmi 2 min ton, diametri 15 metr, hündürlüyü isə 12 metr - təxminən dördmərtəbəli binanın hündürlüyü qədərdir. Çənlərin kran gəmisi vasitəsilə dəniz mədəninə aparılacağı və layihə yerində quraşdırılacağı bildirilir.
Belə çənlərə neft sənayesində, xüsusilə qurudakı mədənlərdə tələbat böyükdür. Lakin nəhəng avadanlığın avtomobil yolu ilə daşınması çətinlik törədir. Problemi aradan qaldırmaq məqsədi ilə zavodda çənlərin bükülü formada yığılması üçün xüsusi dəzgah alınmışdır. Yaxın vaxtlarda yeni dəzgahın işə salınaraq sınaqdan keçirilməsi nəzərdə tutulur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [10:10]
Azərbaycan neftinin qiyməti dəyişməyib
- 29.08.2023 [10:09]
Dünya birjalarında neft ucuzlaşıb
- 28.08.2023 [16:31]
“Şahdəniz” yatağından ümumilikdə 200 milyard kubmetr qaz hasil olunub
- 28.08.2023 [10:06]
Dünya birjalarında neft bahalaşıb
- 26.08.2023 [12:09]
Qaz xətlərinin yerin altı ilə aparılması qəti qadağandır – Xəbərdarlıq
- 26.08.2023 [10:19]
Azərbaycan neftinin qiyməti 88 dolları ötüb
- 26.08.2023 [10:15]
Dünya birjalarında neft bahalaşıb
- 25.08.2023 [10:22]