Azərbaycan Dövlət İnformasiya Agentliyi

Heydər Əliyev dünyanın ən böyük insanları arasında yer tutur VİDEO

Moskvada Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevi yad edirlər

Moskva, 12 dekabr, AZƏRTAC

Moskvada Azərbaycan xalqının böyük oğlu Heydər Əliyevin anım gecəsi keçirilib.

Tanınmış siyasətçilər, mədəniyyət xadimləri, Ulu Öndərin məsləkdaşları və sadəcə onu tanıyan, ona heyran olan və onu xatırlayan insanlar Azərbaycanın Rusiyadakı səfirliyində toplaşmışdı. Bu adamların hər biri Azərbaycan xalqının Ümummilli Lideri haqqında xatirələrini bölüşüblər.

RF Prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy:

-Hər il bu dekabr günlərində biz Heydər Əliyevi - qeyri-adi müdrikliyi, dərin analitik zəkası ilə seçilən, keçmiş Sovet İttifaqı məkanındakı bütün ölkələr üçün çox işlər görmüş insanı yad edirik. Ən başlıcası, o, Azərbaycanın taleyində xüsusi tarixi rol oynayıb. Əminəm ki, Azərbaycanın müstəqilliyi məhz onun iradəsi sayəsində, 90-cı illərin əvvəlində Azərbaycanda baş verən daxili siyasi proseslərə və Cənubi Qafqazda, habelə regionun hüdudlarından kənarda baş verən geosiyasi proseslərə verdiyi düzgün qiymət sayəsində təmin edilib. Əgər Heydər Əliyev olmasaydı, son iyirmi beş ildə Azərbaycanın taleyi başqa cür olardı. Böyük xoşbəxtlikdir ki, bizim onunla ünsiyyət saxlamaq və ondan çox şey öyrənmək imkanımız olub.

RF Dövlət Dumasının MDB məsələləri, Avrasiya İnteqrasiyası və Həmvətənlərlə Əlaqələr Komitəsinin sədri Leonid Slutski:

-Onun yenidən yaratdığı dövlət bu gün haqlı olaraq ən firavan dövlətlərdən biri adlanır. 1990-cı ilin yanvar ayında Azərbaycanda baş vermiş dəhşətli hadisələrdən sonra yaranmış vəziyyət fonunda o, möhkəm, güclü, sistemli dövlət qurmağa, inkişaf etməkdə olan iqtisadiyyat yaratmağa nail oldu. Bütün bunlar yaradıldı, özü də elə yaradıldı ki, o dövrdə Azərbaycanda yaşayan hər kəs Azərbaycan xalqının ümummilli liderinə minnətdar idi. Bu gün İlham Əliyev öz dahi atasının işini layiqincə davam etdirir.

Bizim ortaq tariximizdə problemli məsələlər çox olub və Azərbaycanda bu problemlər uğurla həll edilib. Bu gün Azərbaycan iqtisadiyyatı enerji təchizatı baxımından müstəqildir. Bu gün Azərbaycan - iqtisadiyyatında profisit müşahidə olunan gözəl, güclü, çiçəklənən ölkədir. Milli Məclisə son seçkilər əyani şəkildə göstərdi ki, Azərbaycan xalqının ölkə rəhbərliyinə etimadı çox yüksəkdir. İlham Heydər oğlu öz atasının işini davam etdirir. Bu gün biz Azərbaycanın bu böyük oğlunun xatirəsinə ehtiramımızı bildirməklə başa düşürük ki, bizim aramızda öz nüfuzu sayəsində xalqına xidmət etmək, bu gün hamımızın gözü qarşısında Azərbaycanda baş verən möcüzəni həyata keçirmək üçün hər addıma hazır olan insanlar var.

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu:

-Bu zalda Moskvada Heydər Əliyevlə işləmiş insanlar var. Onlar Heydər Əliyevin köməkçiləri olub, onun yanında olublar. O dövrdə qəbul edilmiş təbirlə desək, hər hansı fövqəladə hadisə baş verdikdə, yaxud, məsələn, Baykal-Amur Magistralının (BAM) tikintisini başa çatdırmaq lazım olanda onu ən məsul sahələrə göndərirdilər. Heydər Əliyev SSRİ-nin 18-dən çox nazirlik və idarəsinə kuratorluq edirdi. Yəqin ki, bu rəqəmin özü çox şeydən xəbər verir.

SSRİ dağılandan sonra suveren Azərbaycan yarananda, xüsusən müstəqilliyin ilk illərində bizim işlərimiz, açıq deyirəm, o qədər də yaxşı getmirdi. Yaranmış vəziyyətdən başqa çıxış yolu olmadığını başa düşən xalqın, ziyalıların nümayəndələri Naxçıvana getdilər və Heydər Əliyevdən respublika rəhbərliyinə qayıtmasını xahiş etdilər. Həqiqətən, 1993-cü ilin iyul ayında onun qayıdışından sonra böyük çətinliklə də olsa, vəziyyət tədricən düzəlməyə başladı. Çünki Heydər Əliyevin iş üslubu məhz böyük təcrübə, böyük nüfuz, insanlarla işləmək bacarığı, ən mürəkkəb vəziyyəti “nizamlamaq” bacarığı, uzaqgörənlik, hadisələri qabaqcadan sezmək bacarığı ilə fərqlənirdi.

Yəqin ki, mənim özümün də bəxtim çox gətirib, çünki vaxtilə, Heydər Əliyev Azərbaycan KP MK-nın birinci katibi olan dövrdə mən yaradıcılığımda pillə-pillə irəliləmişəm. Heydər Əliyevin hökumətində mən 10 il mədəniyyət naziri olmuşam. Demək istəyirəm ki, bu, dünyanın heç bir universitetində verilməyən bir diplomdur. Bu, Heydər Əliyevlə iş diplomudur. Suveren, müstəqil Azərbaycanın təşəkkülündə Heydər Əlirza oğlu Əliyevin rolu bu gün, zaman keçdikcə, illər keçdikcə daha aydın, daha aşkar görünür.

İndi dünyada lider qıtlığıdır. Bu gün dünyada belə qətiyyətli, eyni zamanda müdrik, ağıllı, vəziyyətin hər gün son xəbərlərə baxarkən gördüyümüz həddə çatmasının qarşısını ala biləcək insanların çatışmaması aşkar hiss olunur. Ona görə də Heydər Əliyev haqqında keçmiş zamanda danışmaq istəmirəm. Çünki insan xatırlanırsa, demək, o, sağdır, Heydər Əliyevin xatirəsi isə dünyada azərbaycanlılar deyilən millət qaldıqca yaşayacaq.

O, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini və Sov İKP MK Siyasi Bürosunun üzvü kimi SSRİ-nin inkişafı üçün çox iş görüb. Bu insan dövlətçilik sisteminə, dövlətlər arasında qarşılıqlı münasibətlər sisteminə daxildən bələd idi. Təbii ki, o, respublika rəhbərliyinə qayıdandan dərhal sonra RF ilə münasibətlərin tənzimlənməsi ilə məşğul oldu. Bu iş uğurla başa çatdı, Azərbaycan ilə Rusiya arasında dostluq, qarşılıqlı anlaşma və əməkdaşlıq haqqında sanballı müqavilə imzalandı. 2001-ci ildə bizim münasibətlərin inkişafında yeni mərhələ başlandı - o vaxt artıq RF-nin Prezidenti olan Vladimir Putin Azərbaycana birinci dəfə dövlət səfərinə gəldi. Bu səfər bizim qarşılıqlı münasibətlərin çıxış nöqtəsi kimi iki ölkə arasında qarşılıqlı münasibətləri yeni səviyyəyə qaldırdı, çünki o vaxta qədər RF rəhbərləri Azərbaycana dövlət səfəri səviyyəsində gəlməmişdi. Bundan əlavə, Vladimir Putinlə Heydər Əliyevin şəxsi münasibətləri ölkələrimiz arasında qarşılıqlı münasibətləri dərhal yeni, daha yüksək səviyyəyə qaldırmağa imkan verdi. İndi Azərbaycan Prezidenti İlham Əliyev bu yolu davam etdirir. O, həm Rusiya Prezidenti ilə özünün qarşılıqlı münasibətlərində, həm ikitərəfli, çoxtərəfli münasibətlərdə, həm də regiona münasibətdə RF ilə bizim qarşılıqlı əlaqələrimizə çox diqqətlə yanaşır.

Rusiya Neft-Qaz Sənayesi İşçiləri İttifaqının prezidenti Gennadi Şmal:

-Bu gün bizim ölkənin ərazisinin 60 faizi şimal əraziləridir. Lakin təəssüf ki, bu gün bizim şimal üçün münasib texnikamız yoxdur. O vaxt da yox idi. Bu səbəbdən, vaqonlar gələndə onlar günlərlə dayanırdı, çünki boruları boşaltmaq mümkün deyildi, kranların boru düzən hissələri, sanki ağacdan hazırlanmış kimi, qırılıb tökülürdü. Bu işi yalnız Yaponiyada istehsal edilən texnikanın köməyi ilə görmək mümkün idi. Lakin deməliyəm ki, biz vaqonların dövriyyəsi ilə, onların boşaldılması ilə bağlı problemlərin 95 faizini həll etməyə nail olduq. Əlbəttə, bu məsələdə Heydər Əliyevin böyük xidmətləri vardı. Təəssüf ki, o, bizdə dövlət xidmətindən çox tez getdi. Mən əminəm ki, onun potensialından tam istifadə edilmədi. Sonralar, Heydər Əliyev pensiyada olanda onunla görüşürdüm. Bilirsinizmi, mən ondan bircə dəfə də olsa, inciklik bildirən bir söz eşitmədim. O vaxt onun SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsindən çıxarılması ədalətsizlik idi, o, heç kimə qarşı iddia irəli sürmürdü, özünü əsl kişi kimi aparırdı. Çox müdrik, maraqlı, yaxşı insan idi. Ümumiyyətlə, mənim nəzərimdə Azərbaycan iki insanın adı ilə təcəssüm olunur: Heydər Əliyev və mənim dostum Fərman Salmanov. Güman edirəm ki, bu sözlər Heydər Əliyevə bütünlüklə aid edilə bilər: qoy insanlar sevinsinlər ki, dünyada bəşər övladının bu cür heyrətamiz bəzəyi olub.

Rusiyanın Əməkdar Rəssamı Nikas Safronov:

-Mənim üçün Heydər Əliyevin adı Azərbaycana və onun xalqına hörmət, heyranlıq, sevgi rəmzidir. Onun vasitəsilə mən Azərbaycanı başqa cür görmüşəm. Mənim üçün o, dünyanı tamam dəyişmiş, Azərbaycanın yüksəlişinin təməlini qoymuş böyük rəssamdır. Rusiya Azərbaycanla dostluğa görə fəxr edir. Özümü Azərbaycanın və Heydər Əliyevin dostu adlandırmaq mənim üçün şərəfdir. Onunla hər görüşümü xatırlayıram. Bu insanla istənilən məsələ barədə söhbət etmək, mübahisə etmək olardı. O, nəsillərin yaddaşında qalacaq, onun sözləri dildən-dilə düşəcək. Allah eləsin ki, dünyamız salamat olsun, onda Heydər Əliyev tarixdə dünyanın ən böyük insanları sırasında öz yerini tutacaq.

1980-2001-ci illərdə beynəlxalq Olimpiya Komitəsinin (BOK) prezidenti olmuş Xuan Antonio Samarançın müşaviri Alberto Kintana:

-1984-cü ildə Los-Ancelesdə XIII Yay Olimpiya Oyunları keçirilirdi. SSRİ bu Oyunları boykot etməyi qərara almışdı. Bununla əlaqədar, BOK-un ovaxtkı prezidenti Xuan Antonio Samaranç SSRİ rəhbərliyini beynəlxalq olimpiya hərəkatını möhkəmlətmək lazım olduğuna inandırmaq üçün Moskvaya gəlmişdi. Lakin keçmiş Sovet İttifaqının yüksək vəzifəli şəxslərindən heç kəs onu qəbul etmədi. Bundan kədərlənmiş Samaranç artıq geri qayıtmağa hazırlaşan məqamda o vaxt SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsində işləyən Heydər Əliyev öz təşəbbüsü ilə onu qəbul etdi. Onların görüşü çox yaxşı keçdi. Əlbəttə, Heydər Əliyev SSRİ rəhbərliyinin Olimpiadada iştirak etməmək barədə qərarını dəyişdirə bilmədi, lakin onun xeyirxah və səmimi mövqeyi münasibətlərdə yaranmış gərginliyi aradan qaldırdı. Samaranç sonralar bu görüşü tez-tez, həm də böyük minnətdarlıq hissi ilə xatırlayırdı.

İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin patofiziologiya kafedrasının müdiri, professor Pyotr Litvitski:

-Mənə Heydər Əliyevlə görüşmək, onunla ünsiyyət saxlamaq xoşbəxtliyi nəsib olub. Şadam ki, biz onun ideyalarını reallaşdırmaq məqsədi ilə Bakıda İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin filialını açmışıq.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

Heydər Əliyev dünyanın ən böyük insanları arasında yer tutur VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Şəhid leytenant Elvin Şükürlünün anım mərasimi olub VİDEO

Şəhid leytenant Elvin Şükürlünün anım mərasimi olub VİDEO

Azərbaycan taekvondoçuları beynəlxalq turnirdə 4 medal qazanıblar

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Böyük Britaniyada sərhəd keçidlərində üztanıma sistemindən istifadə olunacaq

Cəbrayıl Şəhəri Günü mədəni tədbirlərlə yadda qalıb

Biləsuvarda avtomobil aşıb, xəsarət alan var

Əhməd Yusifov: Kəmərdən tutub üstünə əlimi atanda hiss etdim ki, çempion ola bilərəm VİDEO

Əhməd Yusifov: Kəmərdən tutub üstünə əlimi atanda hiss etdim ki, çempion ola bilərəm VİDEO

Bu saata olan əsas xəbərlər

Böyük Britaniyanın ikinci ən varlı şəxsi Monakoya köçüb

Deputat: Müstəqil siyasət Azərbaycanın beynəlxalq mövqeyini gücləndirir VİDEO

Deputat: Müstəqil siyasət Azərbaycanın beynəlxalq mövqeyini gücləndirir VİDEO

Selçuk Bayraktar: Azərbaycanda da “TEXNOFEST” nəslinin yüksəlişinin şahidi oluruq

Azərbaycan cüdoçusu dünya çempionatında qızıl medal qazanıb YENİLƏNİB -2 VİDEO

Azərbaycan cüdoçusu dünya çempionatında qızıl medal qazanıb YENİLƏNİB -2 VİDEO

Millətlər Liqası: Azərbaycan millisi Litvanı məğlub edərək liderliyə yüksəlib

İraqın və Türkiyənin nümayəndələri arasında Ceyhan limanı vasitəsilə neftin ixracının artırılması ilə bağlı fikir mübadiləsi aparılıb

Rusiyaya məxsus 2 qırıcı təyyarə və silah-sursat daşıyan avtomobil karvanı vurulub

“Tbilisoba” bayramında “Azərbaycan guşəsi”ni yüzlərlə insan ziyarət edib

Azərbaycan gimnastları İtaliyada keçirilən beynəlxalq turnirdə bürünc medal qazanıblar

V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir

Almaniya Ukraynaya 1,3 milyard avro dəyərində yardım paketi ayırıb

Türkiyənin cənubunda üç zəlzələ baş verib

İranın xarici işlər naziri: Müharibə və sanksiyalar nəticə verməyəcək

Fikrət Sadıxov: Azərbaycanın müstəqil siyasəti mühüm nəticələr verib VİDEO

Fikrət Sadıxov: Azərbaycanın müstəqil siyasəti mühüm nəticələr verib VİDEO

Misir Prezidenti: Afrika dövlətlərinin daxili işlərinə istənilən xarici müdaxiləni rədd edirik

Hörmüz boğazında gəmi mərmi ilə vurulub

Milli Kitabxanada Cəbrayıl Şəhəri Günü münasibətilə virtual və ənənəvi kitab sərgiləri təqdim olunub

Cəbrayıl Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Cəbrayıl Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Bakı, Xəzər, paxlava və qardaşlıq: Astanada Azərbaycan haqqında nə düşünürlər - SORĞU VİDEO

Bakı, Xəzər, paxlava və qardaşlıq: Astanada Azərbaycan haqqında nə düşünürlər - SORĞU VİDEO

Türkiyə qəzeti: Yeni Azərbaycan Partiyası bundan sonra da öz hədəflərinə çatacaq

Azərbaycan Türkiyə mallarının idxalı üzrə TDT ölkələri arasında lider mövqedədir

Akademik Musiqili Teatrda “Şahmaran” tamaşasının premyerası keçirilib

Şamaxının Gülüstan qalasında yeni arxeoloji tapıntılar aşkarlanıb VİDEO

Şamaxının Gülüstan qalasında yeni arxeoloji tapıntılar aşkarlanıb VİDEO

Cüdo üzrə dünya çempionatı: Balabəy Ağayev mübarizəni dayandırıb VİDEO

Cüdo üzrə dünya çempionatı: Balabəy Ağayev mübarizəni dayandırıb VİDEO

Cüdo üzrə dünya çempionatı: Könül Əliyeva səkkizdəbir finala yüksəlib

Azərbaycan Meksikada Ümumdünya İrs Şəhərləri Festivalında təmsil olunub

Cəbrayıl şəhərində uşaqlar rəssamlıq üzrə ustad dərslərindən faydalanıblar VİDEO

Cəbrayıl şəhərində uşaqlar rəssamlıq üzrə ustad dərslərindən faydalanıblar VİDEO

Sankt-Peterburqda Üzeyir Hacıbəylinin 141 illiyi həsr olunmuş tədbir keçirilib

Türinq mükafatı laureatı Con Hopkroft AI dövründə Azərbaycanın diqqət yetirəcəyi məsələlərdən bəhs edib

Tofiq Bəhramov adına Respublika Stadionunun yubileyi münasibətilə yoldaşlıq oyunu təşkil olunub

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Algimantas Lyubinskas: Bakı ilə bağlı çox gözəl xatirələrim var

Fransada polis zorakılığı: Deputat zorakılıqla bağlı videonu prokurorluğa təqdim edib

Cəbrayıl Şəhəri Günündə uşaqlar üçün tamaşa nümayiş etdirilib

Vəli Qasımov: Respublika Stadionu bizə çox şeyi xatırladır

UNEP: Çürümüş qida tullantıları qlobal istixana qazı emissiyasının 10 faizini təşkil edir

Vətən müharibəsinin xronikası: 4 oktyabr

Bahar qəsəbəsində fərdi yaşayış evində uçqun baş verib, bir nəfər ölüb VİDEO

Bahar qəsəbəsində fərdi yaşayış evində uçqun baş verib, bir nəfər ölüb VİDEO

Türkdilli dövlətlərin kardioloqları Daşkənddə bir araya gəliblər

Azərbaycanın 4 boksçusu Avropa çempionatına qələbə ilə başlayıb

KOSMİK Akademiya Antalyada beynəlxalq kosmik təhsil seminarında qabaqcıl təcrübələri təqdim edib

Prezidentin sosial şəbəkə hesablarında YAP-ın VIII Qurultayındakı çıxışı ilə bağlı videoçarx paylaşılıb VİDEO

Cəbrayıla köçürülmüş sakinlərdən 1000-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib

UEFA Millətlər Liqası: Azərbaycan millisi Bakıda Litva ilə qarşılaşacaq

Şəfəq qəsəbəsində yaşayış binasında partlayış baş verib VİDEO

Şəfəq qəsəbəsində yaşayış binasında partlayış baş verib VİDEO

Quba və Qusarın dağ kəndlərinə qar yağması davam edib - FOTOLAR VİDEO

Quba və Qusarın dağ kəndlərinə qar yağması davam edib - FOTOLAR VİDEO

Almaniya Kansleri Kiyevə gözlənilməz səfər edib

Bakıda cüdo üzrə dünya çempionatı başlayır: İlk gündə Azərbaycanın 4 idmançısı mübarizə aparacaq

Gəncənin ilk mülki şəhidi Tunarın anasının yaddaşında qalan son gün VİDEO

Gəncənin ilk mülki şəhidi Tunarın anasının yaddaşında qalan son gün VİDEO

Bu gün Cəbrayıl Şəhəri Günüdür

Birjalarda qızılın və gümüşün qiyməti azalıb

Dünya birjalarında neft ucuzlaşıb

Ukraynanın gələnilki büdcəsində nəzərdə tutulan hərbi xərcləri onun ümumi gəlirini üstələyir

Nensi Pelosinin xələfi İsrailə qarşı silah embarqosu qoyulmasına çağırır

Dmitri Medvedev: Biz İranla olan münasibətlərimizi başqa ölkəyə qurban verməyəcəyik

Yəmənin husilərin nəzarətində olan Səna şəhərinə bir neçə hava zərbələri endirilib

Media: İran Hörmüz boğazına tam nəzarət etdiyini nümayiş etdirməkdə qərarlıdır

İrakli Kobaxidze: Gürcüstan hər il müdafiə sisteminin gücləndirilməsinə yüz milyonlarla dollar xərcləyir

Fransada lisey şagirdi polis tərəfindən açılan atəşdən sonra bir gözünü itirib

Heqset: ABŞ İranın dəniz blokadasını lazım olduğu qədər davam etdirə bilər

İrakli Kobaxidze: TRIPP layihəsi Orta Dəhlizə rəqib deyil

Siyavuş Kərimi: Ümidvaram ki, "Cənnətin iqamətgahı” filmi beynəlxalq arenada da təqdim olunacaq

İsmayıl Kartal: Azərbaycan və Türkiyə iki dövlət, bir millətdir

Baş nazir: Keşikçidağ ərazisinin demarkasiyası və delimitasiyası üzərində dostcasına işləyirik

Kamran Qasımov: "Cənnətin iqamətgahı” Ordubadın zəngin tarixinin tanıdılmasında mühüm rol oynayacaq

Yoldaşlıq oyunu: "Fənərbağça" "Turan Tovuz"a qalib gəlib

Qazaxıstan teatr kollektivinin Şəkidəki çıxışı maraqla qarşılanıb

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

“BAKU JAZZ FESTIVAL-2026”: Caz bayramının 21 yaşı tamam olur

Türkiyə Prezidenti Şanlıurfadakı Azərbaycan bulvarında yeni yol qovşağının açılışını edib

Milli Aviasiya Akademiyası “ADEX 2026” – 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində iştirak edib

Ordubadın tarix və mədəniyyətinə ekran səyahəti – “Cənnətin iqamətgahı”

Suverenlikdən sonrakı mərhələ: VIII Qurultay nitqinin strateji hədəfləri və Azərbaycanın yeni güc formulu - ŞƏRH

Milli Məclisin sədri Sahibə Qafarova Tanzaniyada işgüzar səfərdədir

Ölkəmizdə milli həmrəyliyi yarada biləcək ideologiya yalnız 1993-cü ildən sonra müəyyənləşdirildi – ŞƏRH

Bu saata olan əsas xəbərlər

Səadət Yusifova: Azərbaycanın mədəni irsinə dair yeni filmlər təqdim olunacaq

Yəməndə mülki şəxslər arasında itkilərin sayı 600-ü ötüb

Britaniyada enerji qiymətlərinin ağır qış böhranına səbəb ola biləcəyi barədə xəbərdarlıq edilib

Paytaxtda market və avtomobildən oğurluq edən şəxslər saxlanılıblar

Nəcəf hava limanından İrana gündəlik 40 uçuşa icazə verilib

Heydər Əliyev - Azərbaycanda inkişafın təməlini qoyan siyasi xadim - ŞƏRH

Britaniyada iki İran vətəndaşı terror planı ittihamı ilə məhkəmə qarşısına çıxarılıb

Qalib Qasımov: Qlobal təsirlərə qarşı ən güclü silahımız milli yaddaşımızdır

Sudanda 25-dən çox mülki şəxsin öldürüldüyü iddia edilir

Rəcəb Tayyib Ərdoğan: Ankaranın dostları nə qədər güclü olarsa, Türkiyə də bir o qədər qüdrətli olacaq

Qazaxda Motokros Çempionatının III mərhələsi keçirilib

Media: Efiopiya federal qüvvələri Mekele hava limanına nəzarəti geri qaytarıb

Xaricdə təhsil adı altında dələduzluq edən şəxs saxlanılıb

Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatının püşkü atılıb

Ulu Öndərin dövlət idarəçiliyi konsepsiyasında hüquqi dövlət quruculuğu mühüm yer tuturdu ŞƏRH