“Heydər zirvəsi”nə yürüş başa çatmışdır
Bakı, 10 may (AZƏRTAC). Ümummilli lider Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü ilə əlaqədar Böyük Qafqazın Başdağ silsiləsinin Qızıl Qaya massivində yerləşən “Heydər zirvəsi”nə yürüş uğurla başa çatmışdır.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən xəbərə görə, nazirliyin “Ekosport” idman klubu üzvlərinin, Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının ekspedisiya qrupu ilə birgə Bakı şəhərindən başlanan yürüş Böyük Qafqaz dağ silsiləsinin Qızıl Qaya massivinin ətəklərinədək davam etmiş, günün sonunda yürüş iştirakçıları çətin keçidləri olan zirvəyə qalxmağa hazırlıq üçün həmin ərazidə düşərgə qurmuşlar.
Ekspedisiya üzvləri qarşıya qoyulan məqsədə uğurla çatmış və dəniz səviyyəsindən 3751 metr hündürlükdə yerləşən “Heydər zirvəsi”nə qalxaraq ulu Öndər Heydər Əliyevin barelyefi önünə gül dəstələri qoymuşlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.09.2026 [14:57]
“Kəpəz”in kapitanı məşq zamanı zədələnib
- 09.09.2026 [14:39]
Azərbaycanda beynəlxalq dərəcəli güləş hakimlərinin sayı 24-ə çatıb
- 09.09.2026 [14:19]
“Araz-Naxçıvan”ın futbolçusu Burundi millisinə çağırılıb
- 09.09.2026 [13:59]
Naxçıvanı təmsil edən voleybol klubunun adı dəyişdirilib
- 09.09.2026 [13:32]
Azərbaycan paralimpiyaçısı dünya reytinqində 8-ci pilləyə yüksəlib
- 09.09.2026 [13:01]