Hindistan "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizinin tanıdılması məqsədilə avtoyürüş təşkil edir VİDEO
Bakı, 1 may, Elvin Cam alov, AZƏRTAC
Hindistan "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizinin tanıdılması məqsədilə avtoyürüş təşkil edir.
AZƏRTAC xəbər verir ki, bu barədə mayın 1-də Hindistanın Azərbaycandakı səfiri Sanjay Rana mətbuat konfransında deyib.
O bildirib ki, Hindistan "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizi marşrutunun tanıdılması məqsədilə 2018-ci ilin may ayında Hindistandan İrana, Azərbaycana və Rusiyaya avtomobillərin böyük avtoyürüşünü təşkil edir. Avtoyürüş aprelin 28-də Hindistandan İranın Bəndər-Abbas limanına dəniz yolu ilə çatmış “Kalinga” Avtomobil İdmanı Klubuna məxsus 20 ədəd Hindistan yürüş avtomobillərindən ibarət olacaq.
Dörd ölkə - Hindistan, Azərbaycan, İran və Rusiyadan olan sürücülər tərəfindən idarə olunacaq avtomobillər mayın 4-də Azərbaycanın Astara sərhədinə çatmaq üçün "Şimal-Cənub" dəhlizi boyunca İran ərazisindən keçəcək.