Hindistanda “Remal” siklonu nəticəsində ölənlərin sayı 27-ə çatıb
Bakı, 29 may, AZƏRTAC
Hindistanın Mizoram əyalətində güclü “Remal” siklonu səbəbindən ölənlərin sayı artıb.
AZƏRTAC “Hindustan Times”a istinadən xəbər verir ki, baş verən torpaq sürüşmələri nəticəsində ölənlərin sayı 27-yə çatıb
Daha əvvəl Mizoram ştatındakı karxanalardan birində baş verən çökmə və sürüşmə nəticəsində azı 15 nəfərin həlak oluduğu bildirilirdi.
Hindistan Meteorologiya İdarəsindən bildirilib ki, sürəti saatda 125 km/saat-a çatan küləkdən sonra leysan yağış yağıb.
Güclü yağış və külək evlərə ziyan vurub, bir çox kənd yerlə-yeksan edilib, elektrik dirəkləri aşıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [14:51]
Vyetnam 2030-cu ilə qədər yeddi yeni hava limanı inşa edəcək
- 16.06.2026 [14:25]
Yaponiya ekstremal istilərə hazırlaşır
- 16.06.2026 [13:55]
Çində 6,4 bal gücündə zəlzələ olub
- 16.06.2026 [13:47]
Serbiya Gürcüstanda səfirlik açacaq
- 16.06.2026 [12:57]