CƏMİYYƏT
Hollandiyalı doktor Rudolf Krause: Azərbaycan səhiyyəsi Qərb səhiyyəsindən heç də geri qalmır
Bakı, 8 noyabr (AZƏRTAC). Azərbaycan səhiyyəsi Qərb səhiyyəsindən heç də geri qalmır.
Bu sözləri AZƏRTAC-a müsahibəsində Bakıda “Kolorektal xərçəngin müalicəsinin müasir aspektləri” mövzusunda keçirilən beynəlxalq konfransda Milli Onkologiya Mərkəzinin adbominal onkologiya şöbəsinin cərrah-konsultantı, hollandiyalı doktor Rudolf Krause demişdir.
Azərbaycanın səhiyyə ocaqlarının maddi-texniki bazasının beynəlxalq standartlara uyğun qurulduğunu diqqətə çatdıran hollandiyalı doktor ölkəmizdə onkoloji xəstəliklərin qarşısının alınmasında yeni müalicə metodlarının uğurlu tətbiqini xüsusi qeyd etmişdir.