“Hüseyn Cavid və müasir dövr” mövzusunda respublika elmi konfransı
Bakı, 29 oktyabr, AZƏRTAC
AMEA-nın Hüseyn Cavidin ev-muzeyində Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 30-cu ildönümünə həsr olunan “Hüseyn Cavid və müasir dövr” mövzusunda növbəti respublika elmi konfransı keçirilib.
Bu barədə AZƏRTAC-a muzeydən məlumat verilib. Bildirilib ki, tədbirdə muzeyin baş direktoru, Əməkdar mədəniyyət işçisi, filologiya elmləri doktoru Gülbəniz Babaxanlı böyük şair və dramaturq Hüseyn Cavidin əsərlərinin müstəqillik illərində tədqiq və nəşr tarixi haqqında məlumat verib, görkəmli sənətkarın ictimai-fəlsəfi lirikasında, dramaturgiyasında qaldırılan məsələlərin əhəmiyyətini qeyd edib, ölkəmizin öz müstəqilliyini bərpa etdikdən sonra onun milli ideallarının reallaşdığını vurğulayıb.
Sonra “Hüseyn Cavid idealları və bu günümüz”, “Hüseyn Cavidin “İblisin intiqamı” əsərində müasir dövrün faciələri”, “Müasir dövrdə H.Cavid irsinin təbliğində AMEA Hüseyn Cavidin ev-muzeyinin rolu”, “Hüseyn Cavid əsərlərinin nəşri tarixi (müstəqillik illərində)” və s. mövzularında məruzələr dinlənilib.
Sonda konfrans iştirakçıları muzeyin ekspozisiyası ilə tanış olublar.